İsrail Baş Qərargah rəisi Livanla indiki şərtlərlə atəşkəsə çağırıb

2026/06/1780690237.jpg
Oxunub: 194     00:08     06 İyun 2026    
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyəl Zamir Livanla atəşkəs qaçılmazdırsa, bunun indiki şərtlərlə daha tez əldə edilməsinin məqsədəuyğun olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin “Channel 12” və “Kan” televiziya kanalları məlumat yayıb.

Məlumata görə, Zamir qapalı görüşlər zamanı bildirib ki, İsrail üçün məqbul və Vaşinqtonla razılaşdırılmış şərtlərlə razılaşma əldə etmək mümkündürsə, prosesi aylarla uzatmağa ehtiyac yoxdur.

Baş Qərargah rəisinin fikrincə, eyni nəticəyə gəlmək üçün hərbi əməliyyatların davam etdirilməsi məqsədəuyğun deyil.

O, həmçinin sərhədyanı şimal bölgələrinin rəhbərləri ilə görüşdə bildirib ki, “Hizbullah” tam məhv edilməsə də, təşkilat əvvəlki dövrlərlə müqayisədə daha zəif vəziyyətdədir və Livan istiqamətindən quru hücumu təhlükəsi aradan qaldırılıb.

Zamir əldə olunan hərbi nəticələrin siyasi uğurlara çevriləcəyinə ümid etdiyini də vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin