Tramp süni intellekt sahəsinin aparıcı şirkətlərinin rəhbərlərini Ağ Evdə qəbul edəcək

2026/06/1780636938.jpg
Oxunub: 225     02:44     06 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Ağ Evdə süni intellekt texnologiyaları üzrə fəaliyyət göstərən qabaqcıl şirkətlərin rəhbərləri ilə görüş keçirməyi planlaşdırdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, o, bu barədə Viskonsin ştatına səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ prezidentinin sözlərinə görə, sözügedən şirkətlərin rəhbərləri ilə görüşün gələn həftə baş tutacağı gözlənilir və onlar Ağ Evə dəvət olunacaqlar.

Tramp qeyd edib ki, toplantıda əsasən böyük texnologiya şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

O bildirib ki, müzakirə olunacaq əsas məsələlərdən biri süni intellekt sahəsində dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlıq imkanları olacaq.

Prezident görüşün gündəliyi və digər təfərrüatları ilə bağlı əlavə açıqlama verməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin