"Serbiya Aİ-yə inteqrasiya etmək istəyirsə, geosiyasi seçim etməlidir" - Merts

2026/05/1779355932.jpg
Oxunub: 240     09:01     06 İyun 2026    
Almaniya kansleri Fridrix Merts bəyan edib ki, Serbiya Avropa İttifaqına qoşulmağı hədəfləyirsə, eyni vaxtda Rusiya, Çin və Avropa arasında tarazlıq siyasəti aparmaqdan imtina etməlidir.

Ordu.az xəbər verir ki, Merts bu fikirləri Monteneqroda keçirilmiş Aİ–Qərbi Balkanlar sammitinin nəticələrinə həsr olunan mətbuat konfransında səsləndirib.

Kansler qeyd edib ki, müxtəlif geosiyasi mərkəzlər arasında manevr etmək uzunmüddətli perspektivdə mümkün deyil və Belqrad strateji istiqamətini dəqiq müəyyənləşdirməlidir.

Onun sözlərinə görə, Serbiya öz gələcəyini Avropada görürsə, Avropa İttifaqı da buna müsbət yanaşmağa hazırdır.

Merts vurğulayıb ki, Avropa liderləri Serbiya Prezidenti Aleksandar Vuçić ilə keçirilən görüş zamanı bu mövqeyi və gözləntiləri açıq şəkildə ifadə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya     Merts  


Bizi "telegram"da izləyin