Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Aşotyan və daha altı nəfər barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ittihamları üzrə cinayət işi çərçivəsində istintaq aparılır.
Xatırladaq ki, bu gün Ermənistan İstintaq Komitəsi yeddi nəfərin, o cümlədən Armen Aşotyanın saxlanılması barədə qərar qəbul etmişdi.
Alpər Mövludoğlu
Ordu.az