Türkiyənin balıqçı gəmisinə hücum edilib, ölən və yaralananlar var

2026/06/1780688141.jpg
Oxunub: 203     23:07     05 İyun 2026    
Türkiyənin Qara dəniz hissəsində balıqçı gəmisinə edilən hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, Kırımın qərbində, Sevastapol sahilləri yaxınlığında "Duru 67" adlı balıqçı gəmisinə hücum edilib. Hadisə nəticəsində gəmi batıb.

"Hadisə ilə bağlı Türkiyə Sahil Mühafizəsinə məxsus gəmis tibbi heyətlə birlikdə bölgəyə göndərilib. Daha sonra həlak olan şəxsin meyiti və yaralılar Sahil Mühafizəsinin gəmisinə təhvil verilib",- məlumatda qeyd olunub.

Tibbi yardım göstərildikdən sonra yaralıların İnebolu limanına çatdırılması üçün tədbirlər görülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Gəmi  


Bizi "telegram"da izləyin