Ermənistanda “sükut günü” başlayıb

2026/06/1780595920.jpg
Oxunub: 215     00:20     06 İyun 2026    
Ermənistanda parlament seçkiləri öncəsi qanunvericiliyə uyğun olaraq “sükut günü” qüvvəyə minib.

Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, gecə saatlarından etibarən ölkədə seçkiqabağı təşviqatın aparılması qadağan olunub.

Növbədənkənar parlament seçkiləri qarşıdakı bazar günü keçiriləcək. Seçkilər nəticəsində ən azı 105 deputat seçiləcək.

Ermənistan parlamenti proporsional seçki sistemi əsasında, yəni yalnız partiya siyahıları üzrə formalaşdırılır.

Məlumata görə, 9-cu çağırış Ermənistan parlamentində yer almaq uğrunda 18 siyasi qüvvə (16 partiya və 2 siyasi blok) mübarizə aparır.

Parlamentə keçid həddi partiyalar üçün 4 faiz, seçki blokları üçün isə 8 faiz müəyyən edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin