Paşinyanın partiyasının yekun mitinqinə 16 min nəfərin qatıldığı bildirilir

2026/06/1780689875.jpg
Oxunub: 191     23:57     05 İyun 2026    
Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” Partiyasının yekun seçki mitinqinə minlərlə insanın qatıldığı açıqlanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Armat.Media” nəşri məlumat yayıb.

Məlumata görə, İrəvandakı Respublika meydanında keçirilən yekun mitinqdə saat 20:30-a olan vəziyyətə əsasən təxminən 16 min nəfər iştirak edib.

Mitinq iyunun 7-də keçiriləcək seçkilər öncəsi hakim partiyanın sonuncu kütləvi tədbiri hesab olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin