Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, 3-cü Ordu Korpusunun komandiri, polkovnik Simon Nazaryan və 5-ci Ordu Korpusunun komandiri, polkovnik Qaqik Poğosyan əsgərlərə iyunun 7-də keçiriləcək seçkilərdə “Vətəndaş Müqaviləsi” Partiyasına səs vermələri üçün təzyiq göstərirlər.
Nşr qeyd edir ki, analoji hallar digər korpuslarda da baş verə bilər, lakin hazırda bununla bağlı əlavə məlumat yoxdur.
Məlumatda hakimiyyətin seçkilərdə qələbəsinə tam əmin olmadığı və bu səbəbdən müxtəlif təzyiq üsullarından istifadə etdiyi irəli sürülür.
Alpər Mövludoğlu
Ordu.az