Lukaşenko Belarusu “düşmənin burnundan” necə qorumaq lazım olduğunu açıqlayıb

2026/06/1780690196.jpg
Oxunub: 183     00:06     06 İyun 2026    
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin müharibə istəmədiyini və əsas məqsədin dövlətin sabitliyini qorumaq olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə o, Qrodno Vilayət Klinik Xəstəxanasının açılış mərasimində çıxışı zamanı danışıb.

Lukaşenko qeyd edib ki, insanların silah tutmaq əvəzinə quruculuq işləri ilə məşğul olmasını istəyir və Belarusun heç bir müharibə niyyəti yoxdur.

O, dünyada və Belarus ətrafında gərgin vəziyyətin hökm sürdüyünü, buna baxmayaraq ölkədə sülh və sabitliyin qorunduğunu vurğulayıb.

Belarus lideri əsas məqsədin ölkəni xarici təhlükələrdən qorumaq olduğunu bildirərək, kəşfiyyat məlumatlarında Belarusdan xaricə gedən bəzi şəxslərin Ukraynaya müxtəlif təkliflər verdiyi barədə məlumatların yer aldığını qeyd edib.

Lukaşenko vurğulayıb ki, Belarus başqa dövlətlərin maraqları naminə müharibələrdə iştirak etmək niyyətində deyil və ölkənin gələcək nəsillər üçün qorunub saxlanılması əsas prioritetdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Belarus  


Bizi "telegram"da izləyin