Slovakiyanın Baş naziri Rumıniyadakı partlayışdan sonra Putinlə danışıqlara çağırıb

2026/06/1780689825.jpg
Oxunub: 187     23:53     05 İyun 2026    
Slovakiyanın Baş naziri Robert Fitso Rumıniyanın Konstansa limanında baş verən dəniz pilotsuz aparatının partlayışından sonra beynəlxalq ictimaiyyəti vəziyyətin ciddiliyini nəzərə almağa çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə o, Monteneqroda keçirilən Aİ-Qərbi Balkanlar sammiti çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.

Fitso Rumıniya ilə həmrəy olduğunu bildirərək qeyd edib ki, hadisə daha ağır nəticələrə səbəb ola bilərdi. Onun sözlərinə görə, partlayan aparatın mənşəyi ilə bağlı bütün faktlar araşdırılmadan tərəflərdən hər hansı birini ittiham etmək düzgün deyil.

Slovakiya hökumətinin başçısı vurğulayıb ki, əgər pilotsuz aparat NATO və Avropa İttifaqına üzv ölkənin yaşayış binasına çırpılsaydı, çoxsaylı insan tələfatı baş verə bilərdi.

Fitso vəziyyətin həlli üçün Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara başlanılmasının vacibliyini qeyd edib. O bildirib ki, təşəbbüsün kimdən gəlməsindən asılı olmayaraq dialoq zəruridir.

Qeyd edək ki, Konstansa limanında Ukrayna müharibəsində istifadə olunan dəniz pilotsuz aparatı su hövzəsində partlayaraq özəl şirkətə məxsus sənaye obyektinə ziyan vurub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Rumıniya   Putin  


Bizi "telegram"da izləyin