Putin Trampa Zelenskinin “davranış qaydaları” üzərində işlədiyinə görə təşəkkür edib

2026/06/1780679461.jpg
Oxunub: 190     21:07     05 İyun 2026    
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa Ukrayna Prezidenti Vladimir Zelenskinin “davranış qaydaları” üzərində apardığı işə görə təşəkkür edib.

Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı Trampın fəaliyyətini müsbət qiymətləndirib.

“Davranış qaydalarına gəlincə, ümumilikdə Donalda bu işə görə təşəkkür etmək istəyirəm. Bu, şübhəsiz ki, faydalıdır, lakin hələ görüləsi işlər var. İş davam etdirilməlidir”, - deyə Rusiya lideri bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Tramp   Zelenski  


Bizi "telegram"da izləyin