İsrailşünas ekspert: “Ermənistan Suriyaya kontingent göndərməklə oyun kartlarını qarışdırıb”

2019/04/456-1554797086.jpg
Oxunub: 11403     16:01     19 Avqust 2019    
“Uzaq Şərq istiqamətində Ermənistanın yürütdüyü siyasət passivliyi ilə seçilir. Ermənistanda baş verən inqilabdan sonra heç olmasa ekspertlər səviyyəsində dəfələrlə bu vektorun fəallaşdırılması zərurəti haqqında danışılıb”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ərəbşünas Sarkis Qriqoryan və yaxın Şərq siyasi məsələləri üzrə ekspert, israilşünas Sergey Melkonyan bildirib.


Suriyaya humanitar missiya göndərməsilə bağlı Ermənistan hakimiyyətinin qərarına və Ermənistanın bu yolla Suriyanın iqtidarda olan hakimiyyətinə yardım etdiyi, həmçinin İran və Rusiyaya dəstək verməsinə dair şərhlərə toxunarkən Sarkis Qriqoryan qeyd edib ki, Ermənistanın Bəşər Əsəd tərəfdarı olduğu barədə ekspertlərin fikirlərini bölüşmür.

“Düşünürəm ki, bu müddət ərzində dəfələrlə müsbət neytrallıq mövqeyində olduğumuzu göstərmişik və bu da erməni icmasının taleyinə müsbət təsir göstərib. Məncə Suriyada və ümumilikdə Yaxın Şərqdə hansı proseslərin getdiyini izləmək lazımdır. Yaxın Şərq istiqamətində Ermənistanın yol xəritəsi olmalıdır”, - deyə Qriqoryan bildirib.

Sergey Melkonyanın sözlərinə görə, əgər Ermənistan yeni formalaşan milli təhlükəsizlik konsepsiyasında xaricdə yaşayan erməni icmalarının müdafiəsi zərurəti haqqında bənd daxil edirsə, bu halda Kesab, Hələb, erməni məhəllərinin müdafiəsi zərurəti yarandıqda Ermənistan Suriya münaqişəsində birbaşa iştirak etməlidir: “Missiya humanitar xarakter daşısa da, lakin qlobal konyunkturanın prizmasından baxsaq, mülki kontingentlə deyil, hərbi kontingentlə üz-üzə qaldığımız məlum olacaq. Bundan başqa Suriyaya kontingent göndərilməsi Rusiyanın dəstəyi ilə mümkün olub. Qərbin Suriyada fəaliyyət göstərən koalisiyası var. Ermənistanın aidiyyəti olan Rusiya isə təkbaşına fəaliyyət göstərir. Ermənistan bu addımı ilə oyun kartlarını qarışdırmaqla digər KTMT-yə üzv dövlətlərin də Rusiyaya qoşulmasına imkan yaradıb”.

İsraillə münasibətlərə toxunarkən Melkonyan əlavə edib ki, artıq bir neçə aydır, Ermənistanın İsraildə səfirlik açması barədə şayiələr dolaşır. Lakin bu mövzuya dair, yəni Qərbi Qüdsdə, Şərqi Qüdsdə, yoxsa Təl-Əvivdə səfirliyin açılacağı ilə bağlı bir çox maneə var. Ümumiyyətlə İsrail Ermənistanda daimi nümayəndəliyinin olmasına maraq göstərirmi?

“Öz növbəmdə deyə bilərəm ki, Ermənistan İsrail üçün Azərbaycan kimi böyük maraq kəsb etmir. Ona görə də hansı gündəmdə olacağımızı anlamaq vacibdir”, deyə ekspert sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Suriya   ABŞ   KTMT  


Bizi "telegram"da izləyin