Ən gözəl, şərəfli ömür Vətən, torpaq, millət üçün yaşanılandır

2019/08/52e6d-1565868330.jpg
Oxunub: 697     19:24     15 Avqust 2019    
Azərbaycan qəhrəmanlar, igidlər ölkəsidir. Qəhrəmanlarımızın şərəfli ömür yolu biz gənclər üçün örnək, gələcəyimizə yol göstərən mayakdır.

Heç kəs anadan qəhrəman doğulmur. Onu göz açdığı mühit, yaşadığı zaman, ətrafında cərəyan edən hadisələr formalaşdırır.

Təhsil aldığım Sumqayıt şəhər 31 saylı tam orta məktəbdə mütəmadi olaraq vətənpərvərlik yönümlü tədbirlər, layihələr həyata keçirilir. Bunlardan biri olan "Milli Qəhrəmanlarımızı tanıyaq" layihəsinə məktəbimizin fəal müəllimlərindən Ramilə Qafarova rəhbərlik edirdi. Qəhrəmanlığı, igidliyi ilə təkcə Vətənimizə deyil, bütün türk dünyasına da qürur yaşadan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun boya-başa çatdığı evi ziyarət edəcəyimizi eşidəndə çox sevindik...

Bütün Azərbaycan gəncləri kimi mən də qəhrəmanlığı ilə dünyanı heyrətə salan Mübariz İbrahimovun Vətən, torpaq sevgisiylə qürurlanıram. Belə bir igidin boya-başa çatdığı evdə olmaq, onun toxunduğu əşyalara toxunmaq, onu valideynlərinin dilindən tanımaq həyəcanvericiydi.
Yol boyu Ramilə müəllimə xalqımızın qəhrəmanlıq tarixindən, düşmənlərə baş əyməməsindən, azadlığın, müstəqilliyin heç nə ilə əvəz oluna bilməyəcəyindən danışdı. "Ən gözəl, şərəfli ömür Vətən, torpaq, millət üçün yaşanılandır", - dedi.

Milli Qəhrəmanımızın atası Ağakərim baba bizi çox mehriban, xoş qarşıladı. Öncə şəhidin ev muzeyini ziyarət etdik. Sonra onun böyüdüyü həyətdə Ağakərim baba bizə Mübarizin uşaqlıq, məktəb və əsgərlik illərindən, özünəməxsus xarakterindən danışdı, suallarımızı həvəslə cavablandırdı. Onun ata qürurunu hamımız aydınlığı ilə başa düşürdük. Ağakərim baba dedi ki, Mübariz indi xalqımızın övladıdır. Onları yaşadan, təsəlli verən xalqımızın Mübarizə sevgisi, gənc nəslin onun qəhrəmanlığını özlərinə nümunə saymasıdır. Şəhid atasının biri-birindən qiymətli nəsihətlərini daim xatırlayacağıq.

Vətən məhəbbətinin, yurd sevgisinin, qəhrəmanlıq və mübarizlik timsalının ziyarətgahına çevrilən bu evdə yaşadığımız anlar ömürlük yaddaşımıza həkk oldu.

Geri qayıdanda avtobusda təsəvvür etməyəcəyiniz bir sakitlik hökm sürürdü. Hər kəs eşitdiklərinin, görüklərinin təsirindəydi. Uşaqlardan kimisi dərin xəyallara dalmışdı, kimisinin nəzərləri məchulluğa dikilmişdi. Mən də düşünürdüm: yaşasaydı, 30 yaşı olacaqdı. Onun üçün Vətən, bir parça torpaq hər şeydən üstün, hər şeydən qiymətli idi. Hərbi forma daşıyanların hamısının bu fikirlə yaşadığını düşünürəm. Mənin atam da hərbçidir. Onlar Vətənə qulluğu ömürlərinin mənası bilirlər.

Şəhərə qayıtdıqdan sonra lahiyənin davamı olaraq məktəbimizin direktor müavini Sevinc Quliyeva və layihə rəhbərimizlə birlikdə Mübariz İbrahimovun Fəxri xiyabanda məzarını ziyarət etdik. Azərbaycan gəncliyinə örnək olan, şöhrət gətirən Mübariz mübarək adını ulu bir xalqın qəhrəmanlıq tarixinə öz rəşadəti və qanı ilə yazdı. Qəhrəmanın məzarı önündə bizlər də ona layiq olacağımıza, bizə miras buraxdığı Vətən sevgisiylə yaşayacağımıza sahib çıxacağımıza və Vətəni daim uca tutacağımıza and içdik.

Siracəddin Hümbətli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Mübariz-İbrahimov   Vətən  

Ən gözəl, şərəfli ömür Vətən, torpaq, millət üçün yaşanılandır

2019/08/52e6d-1565868330.jpg
Oxunub: 698     19:24     15 Avqust 2019    