Oqanovski öz bandası ilə İrəvanda olub: "Onlar Qarabağın qəhrəmanları deyil, Qarabağın zibilləridir"

2019/08/00-36-1565787409.jpg
Oxunub: 550     20:55     15 Avqust 2019    
Britaniyanın BBC agentliyinin rus xidməti bu günlərdə qalmaqallı məqalə yayımlayaraq, 2008-ci ilin 1 mart tarixindəki hadisələrə toxunub. Məqalədə xüsusilə qeyd edilirdi ki, 1 Mart cinayət işi üzrə istintaq hesab edir ki, həmin faciəli gündə nümayişçilər istiqamətinə atəş açılması əməliyyatına general-mayor Samvel Karapetyan rəhbərlik edib.

Ordu.az xəbər verir ki, Ermənistanın “Armlur” xəbər saytı öz növbəsində adı çəkilən general Oqanovskinin istintaq ifadəsini yayımlayıb.

Dindirmədə general qeyd edir ki, o, 2008-ci ilin fevral ayının 23-də general-polkovnik Movses Hakopyanla birlikdə Robert Köçəryanın keçirdiyi müşavirədə iştirak edib. Müşavirədən 2 saat sonra Dağlıq Qarabağdakı müxtəlif bölmələrdən yığma tabor təşkil edilməsi və İrəvana göndərilməsi haqqında əmr olduğunu bilib. Karapetyan (Oqanovski) İrəvana 300 hərbi qulluqçu ilə gəlib. Bunların arasında özünün komandir təyin edildiyi snayperlər qrupu da olub.

Dindirmə zamanı müstəntiq Karapetyandan soruşur ki, “istintaq ərzində 2008-ci ilin fevral ayında siz Qarabağdan Ermənistana gələn yığma taborun içərisindən daha hazırlıqlı və psixoloji cəhətdən möhkəm olan 60 nəfəri ayırmısınız deyə, məlumat daxil olub. Siz bu addımı mümkün icra ediləcək əməliyyatlarla əlaqələndirərək, demisiniz ki, zərurət olduğu halda xalqın üzərinə atəş açmağa əmr veriləcək. Ayrılan 60 nəfərdən bu kimi fəaliyyətə 20 nəfərin hazır olduğunu bildirmisiniz. Bunları prezident aparatında yerləşdirmisiniz. İş üzrə əldə edilən məlumatlara əsasən, 20 nəfərlik qrupun birbaşa rəisi “hakim” ləqəbli hərbi qulluqçu Aram Sarkisyan təyin edilib”.

Daha sonra müstəntiq onun “Kandaz”, “Tsul Nverik”, “Speznaz Qaqo” ləqəblərini səsləndirdiyni bildirib. Müstəntiqin sözlərinə görə, bu adamlar qruplar təşkil edərək, İrəvan küçələrinə göndərilib və xalqa atəş açıb.

Bu suala cavab olaraq, Karapetyan qeyd edir ki, bunlar həqiqətə uyğun olmayan məlumatlardır. Ermənistan Milli Konqresinin idarə heyətinin üzvü Vardan Malxasyan erməni KİV-lərinə verdiyi müsahibəsində Vahan Badasyanın müsahibəsindən sitat gətirərək, həmin dövrün deputatları Myasnik Malxasyan, Sasun Mikayelyanın da, general Oqanovskinin Qarabağdan İrəvana qoşun gətirməsindən xəbərdar olduqlarını ifadə edib.

“Mənim Malxasyanla çox yaxın münasibətlərim olub, həm də eyni soyadı daşıyırıq. O mənə vaxtilə deyib ki, məlum həmin hadisələr vaxtı bir neçə dəfə Oqanovskini görüb. Həmin silahlı qruplar İrəvanda olub və Köçəryanın evində qalıb. Əlbəttə, bu fikrin xalq arasında möhkəmlənməsi çox təhlükəlidir, lakin nəyimiz varsa, budur”, - deyə o vurğulayıb.

Malxasyan qeyd edib ki, öncədən ermənistanlı, qarabağlı toxumu səpmək yersiz olub və ən böyük təhlükə yerlibazlıq sevgisidir.

"Lakin bu yerlibazlıq sevgisini kim ortaya atıbsa, indi yoxdur. Xatırlayıram, 90-cı illərdə Qarabağa gedirdik. İstənilən evə, ev sahibi kimi daxil olurduq və ən yaxın qohumun qarşılandığı kimi qəbul edilirdik. Yəni qarabağlılarla çox yaxşı münasibətlərimiz olub. Bu ayrıseçkiliyi Qarabağ mənşəli Ermənistanın sabiq prezidentləri Serj Sarkisyan və Robert Köçəryan gətirib. Erməni xalqını həmişə bu banditlərlə, cinayət oliqarxiyasına xidmət edən həmin bandalarla qorxudublar və bunlara rəhbərlik edənlərdən biri məhz Oqanovski olub. Bunlar yalnız Ermənistanda deyil, hətta Qarabağ ərazisində də cinayətlər törədiblər. Həmçinin oradakı əhalini də qorxudublar. Qarabağ klanı bu yolla irəli gəlib, Qarabağ əhalisi ilə heç bir əlaqəsi yoxdur. Dərinliyini başa düşməyən insanlar indi deyir ki, qarabağlılar gəldi və Ermənistanda adam öldürdü. Lakin onlar Qarabağın qəhrəman insanları deyil, Qarabağın zibilləridir. Saxta qəhrəman adları alıblar. Döyüşüblər, deməyə sözüm yoxdur, lakin biz müharibədə qəhrəmancasına döyüşən, sülh meydanında təhlükəli zibilə çevrilən nə qədər nümunə görmüşük. Öz xalqına qarşı düşmən və yırtıcı canavara çevriliblər. Bunlar cinayətkardır və qanun qarşısında ən sərt şəkildə cavab verməlidirlər. Mən bunu yalnız Myasnik Malxasyandan yox, çoxlarından eşitmişəm ki, Oqanovski öz bandası ilə İrəvanda olub və terrorçuluqla məşğul olub. Sarkisyan və Köçəryan Ermənistanın xüsusi təyinatlı dəstələrini xalqın qarşısına çıxarmaqdan qorxublar. Onlar xalqa qarşı addım atmazdılar. Ona görə də Qarabağdan gətirdilər. Onlar yalnız 1 martda deyil, çox işlərlə keçmiş rejimə xidmət göstəriblər və ən ciddi şəkildə məsuliyyətə cəlb edilməlidirlər”, - deyə o diqqətə çatdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Oqanovski öz bandası ilə İrəvanda olub: "Onlar Qarabağın qəhrəmanları deyil, Qarabağın zibilləridir"

2019/08/00-36-1565787409.jpg
Oxunub: 553     20:55     15 Avqust 2019    