Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Ruben Mehrabyan deyib.
O qeyd edib ki, Ermənistan AİƏT-in üzərində dayanmamalı və maraqlarına cavab verməyən, xüsusilə də zidd olan addımlar atmamalıdır.
Jurnalistin “AİƏT və KTMT ölkəyə yalnız geri dönüş təmin edir” iradına erməni politoloq bu şəkildə cavab verib: “Əlbəttə, lakin 2050-ci ilədək AİƏT qurumunu təsəvvür edin, ya eşşək öləcək, ya da eşşək sahibi.
Ermənistan hakimiyyətinin xarici siyasətdəki prioritetlərinə və atacağı addımlarına gəldikdə isə, əgər fəlsəfi platformadan baxsaq, o halda bəli, bu, ümumi məntiqə sığır, lakin bunun nə dərəcədə praktiki nəticə verdiyi bucağından baxarsaq, mənə görə buna vaxt, böyük həcmdə daxili ev işi aparmaq lazımdır. İstənilən halda xarici siyasət daxili siyasətin keçmişi və davamıdır”, - deyə erməni politoloq vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az