Tramp Avropanı 100 faizlik gömrük rüsumları ilə hədələyib

2026/05/1778482583.jpg
Oxunub: 210     21:19     26 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp ABŞ texnologiya şirkətlərinə rəqəmsal xidmət vergisi tətbiq ediləcəyi halda Avropa ölkələrindən idxal olunan mallara 100 faiz gömrük rüsumu tətbiq ediləcəyini bəyan edib.

Ordu.az xəbər verir ki, söhbət “Google”, “Apple”, “Meta” və “Amazon” da daxil olmaqla iri texnologiya şirkətlərindən onlayn reklam, ticarət platformaları və digər rəqəmsal xidmətlərdən əldə olunan gəlirlərə görə tutulması nəzərdə tutulan vergilərdən gedir.

Tramp bildirib ki, belə tədbirlər qəbul ediləcəyi təqdirdə rəqəmsal xidmət vergisi tətbiq edən istənilən ölkə ABŞ bazarına ixrac etdiyi məhsullara dərhal yüksək gömrük rüsumlarının tətbiqi ilə üzləşəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Avropa  


Bizi "telegram"da izləyin