Hakopyan "1 Mart" hadisələri barədə: "Qarabağda müəyyən mövqelər itirilmişdi"

2019/08/00-38-1565698632.jpg
Oxunub: 1101     16:15     15 Avqust 2019    
"2008-ci il fevralın 23-də Dağlıq Qarabağın müxtəlif bölmələrindən Ermənistana ilk növbədə 300, daha sonra əlavə olaraq 400 hərbi qulluqçu gətirilib".

Ordu.az ermeni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri qondarma qurumun "hərbi birləşməsi"nin sabiq komandiri, hazırda Ermənistan Müdafiə Nazirliyinin Baş hərbi müfəttişi Movses Hakopyan “Azadlıq” radiosuna verdiyi müsahibəsində 2008-ci ilin mart hadisələrində işğal altında olan Qarabağdan Ermənistana qoşun gətirilməsi detallarından danışarkən deyib.

Onun sözlərinə görə, general Samvel Karapetyan müxtəlif bölmələrdən 1000-ə yaxın erməni hərbi qulluqçunun gəldiyini deyib.

"General Samvel Karapetyanın yayılan ifadəsindən məlum olduğu kimi, 2008-ci il fevralın 23-də Dağlıq Qarabağın müxtəlif bölmələrindən Ermənistana ilk növbədə 300, daha sonra əlavə olaraq 400 hərbi qulluqçu gətirilib. Həmin ifadəsində general Karapetyan qeyd edir ki, həmin müddət ərzində erməni tərəfi Qarabağda daha sonra bərpa etdiyi müəyyən mövqeləri itirib", - deyə Hakopyan bildirib.

O qeyd edib ki, Karapetyanın ifadələrində səmimilik olduğu qədər də, şübhə doğuran məqamlar var.

"İlk növbədə məxfi hesab edilən ilkin araşdırma materiallarının niyə dərc edildiyini dərk etmək lazımdır. Həmin dindirmədə Samvel Karapetyan vurğulayıb ki, o, özü əməliyyat qərargahından təlimatlar alıb. Lakin əməliyyat qərargahının harada yerləşdiyini bilmir. Onun da əməliyyat qərargahı barədə məlumatı yoxdur", - deyə Hakopyan sözlərinə yekun vurub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: 1-Mart   Qarabağ   Ermənistan  

Hakopyan "1 Mart" hadisələri barədə: "Qarabağda müəyyən mövqelər itirilmişdi"

2019/08/00-38-1565698632.jpg
Oxunub: 1102     16:15     15 Avqust 2019    