Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, gənc zabitlərin bilik səviyyəsinin artırılması və praktiki vərdişlərinin möhkəmləndirilməsi məqsədilə toplanış ərəfəsində keçirilən məşğələlərin sonunda məqbullar qəbul edilib.
Toplanışın yekununda birlik komandanlığının gənc zabitlərlə görüşü keçirilib, onlara tövsiyə və tapşırıqlar verilib.
Daha sonra toplanış məşğələlərində ən yaxşı nəticə göstərmiş gənc zabitlər birlik komandanlığı tərəfindən fəxri fərmanla təltif edilib, xidmətdə onlara uğurlar arzulanıb. Sonda xatirə şəkli çəkdirilib.
Ordu.az