Türkiyənin bir qrup hərbi qulluqçusu Azərbaycanda səfərdədir - FOTOLAR

2019/08/912d7-1564996343.jpg
Oxunub: 11676     13:03     05 Avqust 2019    
Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı razılığa əsasən qardaş ölkənin bir qrup hərbi qulluqçusu və onların ailə üzvləri ölkəmizə səfərə gəlib.

Müdadiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, iki ölkə arasında mövcud olan qədim dostluğun, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət edən səfər çərçivəsində türkiyəli heyətin Bakı, Gəncə, Şəmkir, İsmayıllı və Şəki şəhərlərinə ekskursiyası təşkil edilib.

Qonaqlar ölkəmizin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, adət-ənənəsi ilə yaxından tanış olub, milli mətbəximizin yemək və şirniyyatlarından dadıblar.






Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-qulluqçu   Türkiyə  


Bizi "telegram"da izləyin