Ordu.az xəbər verir ki, bu sözləri Ermənistan “Respublikaçılar” partiyasının sədr müavini Armen Aşotyan “Facebook” səhifəsində Nikol Paşinyan hökumətinin fəaliyyətini tənqid edərkən deyib.
Onun sözlərinə görə, Paşinyanın məzuniyyətdən qayıdışı “xalqın Baş naziri”nin adi işgüzar açıqlamaları qədər saxta və yalan ritorikalarla ifadə edildi.
“Nikol Paşinyanın məzuniyyəti də yerinə düşmədi. Hətta dövlət vəsaitləri hesabına təşkil edilən nostalji kukuruz və Qaşqay fotosessiyası da, qalın kitablar və heç olmasa özün-özü ilə səmimi və tək qalma imkanları da kömək etmədi. Ay yoldaş, bu 2014-cu ilin hansı gizli hesabatıdır? Bu, Serj Sarkisyanın adı altında çarəsizliyini ört-basdır etməyin növbəti cəhdidir. Hesabatın adını və müəlliflərini açıqla. Sən dövlət, dövlət institutları barədə nə bilirsən? Sənə deyim ki, bizim miras qoyduğumuz peşəkar sistem hesabına, sənin təyin etdiyin kəndirbaz rəhbərlərdən asılı olmayaraq, nazirlik, vilayət icra nümayəndəlikləri və qurumlar hələ infarkt olmayıblar. Bizim qoyub getdiyimiz ölkənin siyasi və iqtisadi potensialını sənin yoldaşların sərf edir, dövlət aparatını və ictimai həyatın sahələrini aşılanmaya məruz qoyursuz. Sənə xatırladım ki, biz sənə işləyən, işlək vəziyyətdə olan bütün yol xəritələri ilə maşın qoyub getmişik”, - deyə Aşotyan Paşinyanı təhqir edib.
O qeyd edib ki, Paşinyan xalqın “ürəyini” qurtarıb və buna görə də, postunu tərk etməlidir.
“Hərdən su qaynada bilər, təkər boşala bilər, işə düşməyə bilər, amma sən bizdən bütövlüklə işlək olan dövlət aparatını miras almısan. Sən və sənin komandan o qədər laqeydsiniz ki, dağıtmaqdan başqa heç bir şey bilmirsiniz. Bu avtomobili çalalara saldığınız, kənar daşlara vurduğunuz, içkili halda sürdüyünüz kifayət edər. Yadda saxla ki, bu avtomobildən bir dənədir və heç bir fimada, servisdə dəyişilmir.
Həmçinin xatırladım ki, bu maşını sən miras qoymamısan, sən onu qaçırmısan. Gətir qoy yerinə, sürə bilmirsən. Unutma, sürücü eyni zamanda nəzarətçidir. Yoxsa xalq bir gün dayanacaqdan kənar, dayanmağı tələb edəcək”, - deyə erməni sədr müavini vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az