Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, müdafiə naziri həmçinin Bütün Dünya Sülhməramlılarına həsr edilmiş heykəltaraşlıq kompozisiyasının açılış mərasimində iştirak edib.
Sonra general-polkovnik Z.Həsənov “Səhra mətbəxi” müsabiqəsinin iştirakçı ölkələrinin milli mətbəxlərinin xüsusiyyətləri ilə tanış olub və “Tank biatlonu” müsabiqəsinin birinci mərhələsinin çıxışını izləyib.
Qeyd edək ki, hərbçilərimiz ölkəmizdə keçirilən “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak edirlər.
Ordu.az