Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Siyasi təfəkkür” ictimai təşkilatının rəhbəri, erməni politoloq Narek Samsonyan öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, elə edəcəklər ki, Ermənistanda LGTB-çilərə qarşı bu qədər etinadsızlıq edən cəmiyyət onların başını ictimai şəkildə dağıdana çevriləcəklər.
“Şəxsən şahidi olmuşam, əgər bir neçə gəncləri sakitləşdirməsəydim həmin cütlüyü İrəvanda qana bulayacaqdılar. Bu artıq biabırçılığın zirvə nöqtəsidir. Mən bunu konkret olaraq LGTB-çilərin və Paşinyan siyasi komandası tərəfindən törədilən təxribat hesab edirəm. Bir neçə insandan eşitmişdim ki, İrəvanda digər millətə mənsub olan LGTB-çilər peyda olub. Lakin dünən şəxsən şahid olmasaydım inanmazdım. Bu biabırçılığa MTX və polis diqqət ayırmalıdır, əks halda ölkə və həmin LGTB-çilər üçün çox pis nəticələnəcək.
P.S. Ola bilər ki, Paşinyan komandasının inkişaf etməmiş mariyakarapetyanları onu bu cür bir neçə gey/transın başını əzməklə İstanbul konvensiyasının qəbul edilməsinin daha rahat olacağını başa salıblar. Lakin əmin edirəm ki, bu tam əks effektə malik olacaq. Ayılın, xanımlar və cənablar...”, - deyə erməni politoloq Paşinyan komandasının siyasətindən narazılığını ifadə edib.
Alpər Mövludoğlu
Ordu.az