Tovuzda Silahlı Qüvvələrinin 101-ci ildönümü qeyd olunub - FOTOLAR

2019/06/65169-10930826802.jpg
Oxunub: 941     15:00     26 İyun 2019    
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Tovuz rayon Mədəniyyət Mərkəzinin qarşısında Heydər Əliyev meydanında tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinə ehtiramlarını bildiriblər.

Ordu.az-ın Qərb bürosunun məlumatına görə, bayram tədbirində Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi yad edilib.

Çıxış edənlər 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə hər bir rayon sakinini, hərbi qulluqçuları ürəkdən təbrik ediblər. Bildirilib ki, ümummilli liderin strategiyasını son 16 ildə inamla davam etdirən Prezident İlham Əliyev iqtisadi islahatlar və siyasi inkişafla yanaşı ordu quruculuğuna da xüsusi diqqət və qayğı göstərir. Prezident İlham Əliyevin əzmi və siyasi iradəsi ilə dövlətimiz daha da güclənib və bu iqtisadi qüdrət güclü ordu yaratmağa, onu ən müasir silahlarla təchiz etməyə imkan yaradıb. Aprel döyüşləri nəticəsində Lələtəpənin, Naxçıvanın Günnüt kəndinin düşməndən azad edilməsi onu bir daha sübut edir ki, Azərbaycanın işğal altında olan torpaqları mütləq azad oluncaq!

Bu gün Azərbaycan Milli Ordusu dünyanın ən güclü 52 ordusu sırasındandadır. Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Regionun digər ölkəsi Gürcüstan 85-ci, Ermənistan isə 96-cı yerdədir. İndi beynəlxalq səviyyədə Azərbaycanla, onun lideri ilə hesablaşırlar və düşmənlərimiz güclü Azərbaycan ordusundan qorxub ehtiyat edirlər.

Cənab Prezidentin qayğısı ilə Azərbaycan Ordusunda indi ən yüksək keyfiyyət göstəricisinə nail olunub. Orduda döyüş ruhu yüksəkdir.

Azərbaycan ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir.

Yüksək döyüş qabiliyyətinə malik ordumuz Vətənimizin, xalqımızın etibarlı müdafiəçisidir. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı Silahlı Qüvvələrimizdə bu gün yüksək vətənpərvərlik və birlik mövcuddur.

Bir daha bayramınız mübarək olsun!

Sonra “N” saylı hərbi hissənin zabiti Rüstəm Məmmədov çıxış edərək Prezident İlham Əliyevin ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsinə göstərdiyi diqqət və qayğını, ordu ilə xalqın birliyini qeyd edərək Azərbaycan Ordusunun bugünkü nailiyyətləri ilə xalqımızın qürur hissi keçirdiyini vurğulayıblar.

Sonra bayram konserti keçirilib. Bayram konsertində hərbi orkestrin ifasında hərbi marşlar səsləndirilib və rayon mədəniyyət və incəsənət nümayəndələrinin çıxışı olub.

Azərbaycan Silahlı Qüvvələri günü Dövlət bayramı münasibətilə rayondakı “N” saylı hərbi hissənin bir qrup kəşfiyyatçısı öz döyüş hazırlıqlarını və yüksək məharətlərini nümayiş etdirən nümunəvi nömrələrlə çıxış ediblər.

Tədbir hərbi orkestrin ifa etdiyi marş sədaları altında “N” saylı hərbi hissənin əsgər və zabitlərinin paradı ilə yekunlaşıb.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tovuz   Tədbir   Ordu  

Tovuzda Silahlı Qüvvələrinin 101-ci ildönümü qeyd olunub - FOTOLAR

2019/06/65169-10930826802.jpg
Oxunub: 942     15:00     26 İyun 2019    