Tərtərdə “N” saylı hərbi hissədə bayram tədbiri keçirilib - FOTOLAR (VİDEO)

2019/06/65227-1561545273.jpg
Oxunub: 1914     14:18     26 İyun 2019    
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101-ci ildönümü hərbi hissələrdə də qeyd edilib. Təmas xəttində yerləşən “N” saylı hərbi hissənin şəxsi heyəti də bu bayramı böyük coşquyla qeyd edib.

Ordu.az-ın müxbiri, ordu günü münasibətilə Tərtərdə yerləşən hərbi hissədəki bayram tədbirində olub.

Hərbi hissənin şəxsi heyəti ilə görüşə gələn rayon ictimaiyyətinin nümayəndələri, hərbi hissə və onun timsalında Azərbaycan ordusunun hazırkı vəziyyətindən söz açıblar.

Bildirilib ki, Qarabağ müharibəsi zamanı bu hərbi hissənin özünəməxsus tarixi qələbələri olub. Bu qələbələrin ardı isə aprel zəfərində bir daha, inkişaf etməkdə olan ordumuzun gücünü ortaya qoyub. Tədbirdə uzun müddətdir ki, qüsursuz xidmət edən hərbiçilər mükafatlandırılıblar. Bayram günündə təltif olunlardan baş gizir Çingiz İsmayılov "Silahlı Qüvvələr Veteranı" medalı ilə təltif edilib.

"Bu gün mənə "Silahlı Qüvvələr Veteranı" medalı təqdim olundu. Bu hərbi hissə mübarizləri, fəridləri, böyük sərkərdələri yetişdirmiş bir hərbi hissədir. Mən bu hərbi hissədə xidmətimlə fəxr edirəm. Bütün xalqımızı, bütün Silahlı Qüvvələrin mənsublarını, Silahlı Qüvvələrin yaranmasının 101-ci ildönümü münasibətilə təbrik edirəm", - deyə Çingiz İsmayılov bildirib.

Ön xəttə xidmət edən əsgərlərin sevinci üzlərindən oxunurdu. Əsgərlərimiz, bayram tədbirində öz xidmətləri ilə xalqımıza qələbə müjdəsi verməyə hazır olduqlarını bir daha bildiriblər.

"Öz adımdan, əsgər yoldaşlarım adından, hamını bu bayram münasibətilə təbrik edirəm. Bu gözəl hədiyyə üçün də təşəkkür edirəm. Mənim kimi ön xəttə xidmət edənlər öz layiqli xidmətlərinin qarşılığını alıblar", - deyə əsgər Səxavət Mirzəliyev bütün əsgər yoldaşlarını təbrik edib.

Xidmətində fərqlənən əsgər, zabit və gizirlər müxtəlif qiymətli hədiyyələr, fəxri fərman və diplomlarla təltif olunublar. Kəşfiyyatçıların nümunəvi çıxışları böyük alqışlarla qarşılanıb. Üzərində "Azərbaycan ordusu 101" yazılan tort əsgərlərin alqışları ilə kəsilib.

Tədbirin sonunda incəsənət nümayəndələri bayram konserti ilə çıxış ediblər.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tərtər   SQ   Bayram  

Tərtərdə “N” saylı hərbi hissədə bayram tədbiri keçirilib - FOTOLAR (VİDEO)

2019/06/65227-1561545273.jpg
Oxunub: 1915     14:18     26 İyun 2019    