Köçəryan könüllü olaraq təslim olub

2019/06/23423-1561530818.jpg
Oxunub: 543     10:32     26 İyun 2019    
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan yenidən həbs ediləcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Apellyasiya cinayət məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi, həmçinin konstitusiya məhkəməsinə müraciət və cinayət işinin icrasının dayandırılmasına qərar verən İrəvan şəhər məhkəməsinin qərarlarına qarşı, Baş prokurorluq tərəfindən verilən apellyasiya şikayətləri ilə bağlı Ermənistan Apelyasiya cinayət məhkəməsi qərarını açıqlayıb.

Məhkəmə Köçəryan barədə həbs qərarı verib.

Faktiki olaraq saxlandığı gündən etibarən həbs müddətinin hesablanması və azad olunması üçün ödənilən girovun geri qaytarılmasına dair qərar verildiyi barədə hakim Armen Danielyan məlumat verib.

Qeyd edək ki, məhkəmə qərarından sonra Köçəryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasında yerləşən "İrəvan-Kentron" cəzaçəkmə müəssisəsinə gedərək təslim olub.

Xatırladaq ki, Köçəryanın ofisindən verilən məlumata görə, onun vəkilləri keçirilən məhkəmə prosesində iştirak etməyəcəklərini bildiriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Köçəryan   Həbs  

Köçəryan könüllü olaraq təslim olub

2019/06/23423-1561530818.jpg
Oxunub: 544     10:32     26 İyun 2019    