Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib - VİDEO

2019/06/19198-1561470145.jpg
Oxunub: 836     17:40     25 İyun 2019    
İyunun 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Sərəncamına əsasən ali hərbi rütbələr verilən Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Ordu.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Müdafiə nazirinin müvafiq əmri təntənəli şəraitdə oxunduqdan sonra hərbi qulluqçulara ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib. Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran Müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MN  

Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib - VİDEO

2019/06/19198-1561470145.jpg
Oxunub: 837     17:40     25 İyun 2019    