Naxçıvanda ali təhsil ocağında Silahlı Qüvvələr Günü qeyd edilib

2019/06/photo-1561444776.jpg
Oxunub: 28332     10:50     25 İyun 2019    
Naxçıvan Dövlət Universitetində 26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib.

Ordu.az xəbər verir ki tədbirdə universitetin rektoru Saleh Məhərrəmov ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edildiyini vurğulayıb.

Rektor qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir. 2016-cı ilin Aprel döyüşlərində, 2017-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər daxil olmaqla 11 min hektar ərazinin Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində işğaldan azad edilməsi ordumuzun gücünün və qüdrətinin göstəricisi kimi dəyərləndirilib.

Bədən tərbiyəsi və idman kafedrasının müəllimi Nazim Həsənov “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda çıxış etdikdən sonra tələbələrin bədii qiraəti dinlənilib.

Sonda “Heydər Əliyev irsində hərb tarixi” adlı sənədli film nümayiş olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Heydər-Əliyev   Ali-Baş-Komandan   İlham-Əliyev   Silahlı-Qüvvələr-Günü  


Bizi "telegram"da izləyin