Fransa-Azərbaycan hərbi əməkdaşlığında "Thales" zərbəsi - HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2019/06/paris-1561378809.jpg
Oxunub: 3722     16:12     24 İyun 2019    
Azərbaycan-Fransa əlaqələri hələ keçən əsrin əvvəllərindən daim inkişaf edən müsbət dinamikaya malik olub. Ölkələr arasında təhsil, mədəniyyət, mülki aviasiya, nəqliyyat kimi sahələrlə yanaşı son illərdə hərbi sahədə əməkdaşlıq da uğurla inkişaf edir. Keçən il Azərbaycan Prezidenti İlham Əliyev Fransaya səfər çərçivəsində bu ölkənin 11 nəhəng şirkətinin nümayəndələri ilə görüşlər keçirdi. Fransaya səfəri çərçivəsində Prezident "Thales" şirkətinin vitse-prezidenti Rafael Eskinazi ilə də növbəti dəfə görüşdü. Yalnız bu görüşdə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə şirkət arasında beş sənəd imzalandı.

Fransa ilə bağlanan mülki və hərbi-texniki müqavilələrin toplam həcmi 2 milyard dollardan az deyil və bu müqavilələrin reallaşdırıldığı zaman onların həcminin artacağı gözlənilir.

"Paris Air Show-2019" sərgisi çərçivəsində isə Müdafiə Sənayesi nazirinin müşaviri Fərrux Vəzirov bir neçə nəhəng Fransa şirkəti ilə intensiv görüşlər keçirdi.

Şirkət rəhbərliyi ilə görüşdə Azərbaycanda və qonşu ölkələrdə mövcud olan "Thales" məhsullarına texniki xidmətin göstərilməsi və təmiri üzrə birgə regional servis mərkəzinin yaradılmasına dair məsələlər müzakirə edilib. Eyni zamanda, müxtəlif növ aşkaretmə və radiolokasiya sistemlərinin birgə istehsalının yaradılması istiqamətində danışıqlar aparılıb. Müzakirə edilən birgə layihələrin həyata keçirilməsi üçün növbəti addımların atılmasına dair razılıq əldə olunub.

Qeyd edək ki, artıq "Thales" şirkətinin Bakıda "Thales Azerbaijan" adı altında nümayəndəliyi fəaliyyət göstərir. Şirkət Azərbaycanda nəqliyyat və mülki aviasiya sahəsinin inkişafı məqsədilə RLS və müasir kompüter sistemlərinin tətbiqinə aid əldə etdiyi layihələrin bəzilərini artıq reallaşdırıb, lakin davam edən layihələr də mövcuddur.

Keçirilən görüş və əldə olunan razılıqlardan sonra bu yazıda "Thales Group" ilə Azərbaycan arasında əlaqələrin dünəninə, bugününə və sabahına nəzər salmağı qərara aldıq.

Adını yunan filisofu Falesdən götürən və Fransa hökumətinin də paya sahib olduğu şirkət hazırda dünyanın 56-dan çox ölkəsində, o cümlədən qeyd olunduğu kimi, Azərbaycanda filialları vasitəsilə fəaliyyət göstərir. 64 min insanın çalışdığı şirkətin illik gəlirləri 15 milyard avro civarındadır. Ümumi istehsalın 55%-i hərbi təyinatlı məhsullardır. Dünyada döyüş təyyarələrinin ən yüksək səviyyəli müasir elektron sistemlərinin, RLS-lərin, təyyarələrin hücumdan xəbərdarlıq və müdafiə vasitələrinin istehsalçısı adını qoruyan şirkət hazırda dünyanın ən böyük 10 müdafiə sənayesi şirkətindən biridir.

Yaradılmasına 1893-cü ildə ABŞ-da fərqli adlarla başlayan və 2000-ci ilin sonuna qədər "Thomson-CSF" adı ilə fəaliyyət göstərən "Thales Group", ilk böyük ixrac müqavilələrini 1973 və 1979-cu illərdəki neft böhranından sonra Yaxın Şərqdə əldə edib və böyük miqdarda şəbəkə ötürücülərinin, silikon yarımkeçiricilərin və tibbi görüntüləmə (CGR) aparatlarının istehsalına başlayıb. 1998-ci ildə isə "Alcatel" və "Dassault Industries" şirkətləri ilə birgə Fransa hökuməti tərəfindən təklif edilən əməkdaşlıq proqramı əsasında birgə fəaliyyət planına qoşulub. Əsas fəaliyyət sahəsi peşəkar müdafiə təyinatlı və elektronika tərkibli vasitələrin istehsalı olan müəssisələrin imkanlarının genişlənməsi şirkətdə dövlət payının getdikcə azalmasını göstərir. Hazırda şirkətin əsas səhmdarları arasında Fransa hökuməti 27.1%-lik, "Dassault Group" isə 25.9%-lik paya malikdir.

Özəlləşdirmədən sonra Avropadakı şirkətin filiallarının davamı Cənubi Afrika, Avstraliya, Cənubi Koreya və Sinqapura qədər uzandı. 2000-ci ildə Böyük Britaniyada əldə edilən "Racal Electronics" şirkəti fransızların ikinci ən böyük "yerli" sənaye bazası oldu. Müdafiə və informasiya texnologiyaları sahəsində xidmət müəssisələri genişləndı. Bu yeni satınalmalar, eləcə də daxili iqtisadi artım şirkətin biznes portfelini radikal şəkildə artırdı.

2001-ci ilin sentyabrın 11-dən sonra "Thales" şirkəti, dünyadakı geosiyasi və iqtisadi inkişaf templərinə cavab vermək üçün müdafiə sektorunda ən çox tələb edilən texnologiyaların intensiv seqmentlərinə, xüsusilə şəbəkə mərkəzli vasitələrə və qarşılıqlı təsir gücünə malik avadanlıqların istehsalına diqqətini gücləndirdi. Eyni zamanda, qrup müdafiə avadanlıqlarının və proqram sistemlərinin artan mürəkkəbliyi ilə qarşılaşan müştəri ölkələrin ehtiyaclarını ödəmək üçün baş podratçı və istismar təminatçısı kimi öz rolunu da genişləndirdi.

"Thales" "çoxmillətli" inkişaf siyasətini həyata keçirir. Şirkət, ilk növbədə yaradılan birgə müəssisələr vasitəsilə, həm müdafiə və aviasiya məhsulları bazarına, həm də filiallarına tam nəzarətə nail olur.

2007-ci ildə, "Alcatel-Lucent" şirkəti ilə nəqliyyat, təhlükəsizlik və kosmik fəaliyyət sektorunda uzunmüddətli tərəfdaşlıq haqqında müqavilə imzalanması "Thales"in tarixində yeni bir səhifə açdı. Yeni "Thales" tərkibinə daha çox yeni personal, yeni mütəxəssislər, yeni avadanlıqlar cəlb etdi, nəticədə şirkət daha da gücləndi və gəlirləri artdı. "Thales" sənayenin müdafiə, aerokosmik, və təhlükəsizlik seqmentində müstəsna texnoloji imkanlara malik olan böyük bir dünya liderinə çevrildi.

2007-ci ildə "Thales" və dəniz sektorunda Fransanın ən nəhəng şirkəti olan DCNS (sonradan "Naval") ilə imzalanan müqavilə, birincinin 25% pay əldə edərək dənizçilərin sənaye tərəfdaşı və ortağı olmasına imkan verdi. Bu ittifaq, Avropa proqramlarının əsas ixrac müqavilələri üzrə "Thales"in dəniz avadanlıqlarının istehsalı sahəsində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirdi.

"Thales" şirkətinin ən böyük nailiyyətlərindən biri də supersəs layihəli "Konkord" təyyarələrinin istehsalında iştirak etməsi olub. 10 il ərzində bu təyyarələrdən 260 milyard dollar dəyərində 1300 ədəd istehsal edilib. Bu təyyarələr London və ya Parisdən birbaşa Nyu Yorka və geriyə uçması, Transatlantik uçuş vaxtını isə iki dəfə azaltması ilə yadda qalıb. Hazırda şirkət NASA-nın yeni tədqiqat layihələrinin sifarişi üzrə kompozit materiallar hazırlayır.

Təsadüfi deyil ki, şirkət dünyada həyata keçirilən ən nəhəng hərbi layihələrdən olan, Almaniya və Fransanın birgə hazırladığı 6-cı nəsil çoxfunksiyalı qırıcının 4 əsas podratçısından biridir. Proqramın birinci mərhələsindəki məsrəflər 2 milyard dollar səviyyəsində qiymətləndirilir.

"Thales" kritik informasiya sistemlərini tərtib edərək onları inkişaf etdirir, aşkarlama, analiz və qərar qəbuletmə texnologiyasında getdikcə daha inkişaf etmiş texnologiyaları əldə etməyə çalışır.

Şirkətin əsas yeni innovativ istiqamətləri aşağıdakılardır:

- Təhlükəsiz hərbi rabitə;
- Kosmik sistemlər;
- Aeronaviqasiya;
- Aviasiya vasitələrinin elektron avadanlıqları;
- Dövlət informasiya şəbəkələrinin təhlükəsizliyi.

Şirkətin istehsal etdiyi hərbi təyinatlı məhsullar siyahısına aerokosmik, rabitə, ərazidə kənar dalğaların yayılmasına mane olan REM, hava hücumundan müdafiə, silah, sursat, optik, elektron, idarəetmə, nəzarət, radiolokasiya vasitələri və enerji sektorunda istifadə edilən müasir avadanlıqlar daxildir.

Şirkətin çalışdığı istiqamətlərdən biri də gələcəkdə göy üzündə görünəcək daha az yanacaq istehlak edən və daha az zərərli qaz emissiyasına malik təyyarələr yaradılmasından ibarətdir. Burada elektrik mühərriklərindən istifadə nəzərdə tutulur. Artıq protitotip səviyyədə modellər mövcuddur. Bu platformalar yerdən şaquli olaraq qalxa və şəhər ərazilərində aşağı yüksəkliklərdə uça biləcək.

Elektriklə çalışacaq modellər emissiya tullantılarını hazırda 50%, 2020-ci ilə qədər isə 80% azaltmağa imkan verəcək. Mühərrik istehsalçılarının səyləri və sistemlərin daha çox elektrikləşdirilməsi yeni təyyarələrin daha güclü olmasına və ətraf mühitə daha az ziyan vurmasına səbəb olacaq.

Şəhər üzərində uçan kiçik hava vasitələri artıq hava taksisi xidmətində istifadəyə hazırdır. Lakin bu layihələrin tam yayılması üçün şəhərlərin nəqliyyat sektoruna ciddi sərmayələr yatırılmalıdır.

"Thales" mülki və müdafiə təyinatlı elektron avadanlıqların, təyyarələrin elektrik istehsalı və enerji çevrilməsi sistemlərinin istehsalında dünyanın ən yaxşı üç təchizatçısından biridir.

Şirkət, "Airbus" təyyarələrinin A380 və A400M modelləri üçün "Safran" şirkəti ilə birgə dəyişkən tezlikli enerji istehsalı texnologiyasını yaradıb, "Falcon 5X" qırıcılarını isə son texnoloji avionika avadanlıqlarının tam dəsti ilə təchiz edib. A350 XWB modelini isə elektrik mühərrikinin konvertasiya sisteminin əsas komponentləri ilə təmin edib.

"Thales" istehsalı olan "Scott Swanson" PUA-ları bir çoxlarına tanış gəlməyə bilər. Mülki sahədə də tətbiq edilə bilən PUA-lar döyüş sahəsində də öz geniş imkanlarını sübuta yetiriblər. Bu zərbə tipli PUA 2001-ci ilin sentyabrın 11-dən sonra ABŞ HHQ-nin "Predator" aparatları ilə bərabər "Taliban" lideri Molla Ömərin səhrada gizləndiyi yük maşının axtarışı və izlənilməsində iştirak edib. Hazırda modernləşdirilib.

Cənubi Koreyanın kəşfiyyat, hədəf aşkarlanması, hədəf göstərilməsi və döyüş zərərinin qiymətləndirilməsi üçün nəzərdə tutulan sonuncu nəsil KUS-FT pilotsuz aviasiya komplekslərində "Hanwha-Thales" şirkətlərinin birgə istehsal etdiyi lazer məsafə ölçəninə sahib optik-elektron avadanlıqlardan istifadə edilir.

Şirkət əlavə olaraq Almaniya və Kanada ordusunu, "Gələcəyin Əsgəri" layihəsi çərçivəsində "Thales Solar 400 IdZ-ES" radiostansiyaları ilə təmin edir. Əvvəllər "Thales" bu tip avadanlıqları istehsal edən ilk və tək şirkət idi. Hazırda "Elbit PNR 1000", "Harris 7850 Mobile", "Rohde & Schwarz MR3000" radiostansiyaları "Thales Solar 400" səviyyəsini əldə etsələr də, fransızlar seqmentin lideri hesab edilir.

Hərbçilərin enerjiyə olan ehtiyaclarını qarşılamaq üçün "Thales" şirkətinin podratçısı ABŞ-ın "PowerFilm" firmasının istehsal etdiyi 120 Vt gücündə günəş paneli qatlanaraq əsgər çantasında gəzdirilir. Hərbi avadanlıqların yenidən yüklənməsi üçün UBC (Universal Battery Charger) universal yükləmə cihazından istifadə edilir.

Yüksək avionika, kibertəhlükəsizlik və s. sahələrdə dəstək və xidmət göstərən "Thales Group" şirkəti 40 ildir ki, aerokosmik sistemlər və müxtəlif təyinatlı hərbi məhsullar istehsal etməklə onların inteqrasiyasını, sınaqlarını və sifarişçiyə təslim edilməsini həyata keçirir.

Bir sözlə "Thales Group" beynəlxalq miqyasda aerokosmik, sürətli qatar, təhlükəsizlik və dəniz bazasında müxtəlif təyinatlı hərbi məhsullar istehsal edən dünya liderlərindən biridir. Bir çox ölkələr peyk sistemləri sahəsində məhz bu şirkətlə əməkdaşlıq edir.

Fransa nəhənginin bir hissəsi olan "Thales Alenia Space" şirkəti hökumət, qurum və təşkilatların, həmçinin istənilən yerdə olan insanların əlaqələndirilməsini, dünyanın müşahidə edilməsini, planetimizin və günəş sistemimizin istifadəsini optimallaşdırmağa kömək edəcək peyk sistemlərin layihələndirilməsini, hazırlanmasını və çatdırılmasını təmin edir.

Şirkətin istehsal seqmenti kifayət qədər geniş olduğundan hamısını əhatə etmək bir az yorucu olardı. Lakin bəzi hərbi təyinatlı məhsullar və ixtiraların Azərbaycan tərəfinin ciddi marağına səbəb olduğu artıq sirr deyil. Şirkətin istehsal etdiyi "Ground Master 400" rəqəmsal HHM radarı, "Rafal" qırıcıları üçün elektro-optik avadanlıqlar, Fransa, Yaponya, İndoneziya, Malayziya ve Türkiyə tərəfindən silahlanmaya qəbul edilən C4ISR idarəetmə sistemi hələ də rəqib tanımır.

"Ground Master 400" radarlarına artan tələbat onları istehsal edə biləcək yeni müəssisələrin yaradılmasını tələb edir.

"Thales" şirkətinin Axtarış və Texnologiyalar departamentinin əsas vəzifəsi elmi və texniki cəmiyyətlərdə öz təsirini genişləndirmək, yenilik və məlumat paylaşma üçün platforma təklif etmək və əldə edilən təcrübələrə əsaslanan istedadlı elm məzunlarını əməkdaşlığa cəlb etməkdir. Buna misal olaraq "Thales-Azərbaycan" şirkətinin Bakı Metopoliteni və Fransa-Azərbaycan Universiteti (UFAZ) ilə birgə imzalanan Memoranduma uyğun olaraq, 2018-ci ilin sentyabr ayından nəqliyyatda avtomatlaşdırma və kompüter texnologiyalarına həsr olunan tədris modulunun qurulmasını göstərmək olar. Bu ikitərəfli əlaqə həm UFAZ, həm də "Thales" üçün faydalıdır. Belə ki, əməkdaşlıq nəticəsində UFAZ öz tədris proqramını genişləndirərək yeni və perspektivli ixtisasları əhatə edə bildi. Şirkət isə bu ikitərəfli münasibət brendini daha da genişləndirməyə və yeni texnologiyaların Azərbaycana cəlb ediməsinə nail ola bildi. Hazırda şirkət rəhbərliyində təmsil edilən şəxslər universitetdə mühazirələr oxuyur, usta dərsləri keçirlər. Tələbələr isə şirkət rəhbərliyi qarşısında hazırladıqları layihələrlə çıxış edir, onların elmi- texniki hesabatlarını təqdim edir və əsaslandırırlar. Bütün bunlar isə şirkətin yüksək standartlarına cavab verən və gələcəkdə Azərbaycanda əməkdaşlıq edə biləcək potensial kadr heyətinin hazırlığından xəbər verir. Beləliklə, "Thales" şirkətinin Azərbaycanda fəaliyyətini genişləndirmək qərarının ən azı bir neçə il əvvəl qəbul edildiyi məlum olur.

Digər bir əməkdaşlıq Bakı Metropoliteni ilə davam etdirilir. Metopolitenin seçdiyi 5 perspektivli gənc mütəxəssis isə "Thales"in Toronto şəhərində təlim-tədris mərkəzində və yerli metropolitendə avtomatlaşdırma və kommunikasiya sistemlərinin istismarı və tətbiq edilməsinə dair kurs keçdikdən sonra İstanbul metrosunda təcrübə mübadiləsində iştirak ediblər və hazırda Azərbaycanda biliklərini yerli kadrlara öyrədirlər. Gələcəkdə isə onların köməyi ilə Bakı metropolitenin bütün infrastrukturu SCADA sisteminə keçidi təmin ediləcək.

AZAL isə artıq 20 ildən çoxdur ki, "Thales" şirkəti ilə əməkdaşlıq edir və onun strateji tərəfdaşıdır. AZAL-ın istifadəsində mövcud olan bir çox sistemlər, hava axınlarının idarəolunması üzrə ən müasir texnologiyalar məhz Fransa şirkəti tərəfindən təmin edilir. Nəticədə 2015-ci ildə Azərbaycan "Eurocontrol" sisteminə qoşuldu.

Həm ölkənin hava məkanında, həm də paytaxtdakı Heydər Əliyev Beynəlxalq Hava Limanının manevr zonalarında təyyarələrin hərəkətinin daha səmərəli idarə edilməsinə imkan verən qüllə, "Thales" şirkətinin S diapazonunda çalışan RSM 970 S radiolokasiya stansiyası ilə təchiz olundu.

Yuxarıda yazılanları ümumiləşdirdikdə məlum olur ki, "Thales Group" və onun bölmələri (sürətli qatar, aerokosmik avadanlıqlar, rabitə, hərbi təyyarələrin elektron avadanlıqları, RTK, RLS və REM vasitələrinin istehsalı üzrə) dünyada ilk üçlüyə daxil olan nəhəng bir kompaniyadır. İstehsal edilən məhsullar arasında süni peyklər, PUA-lar, hədəfləri işıqlandıran lazer aparatları, təyyarə və helikopterlərin qorunması üçün inteqrasiya edilən komplekslər, radiotexniki kəşfiyyat kompleksinin maneə yaradan vasitələri (istənilən siqnalları söndürən JAMMR), təyyarələrin müasir müşahidə - nişangah sistemləri, gecə və gündüz kəşfiyyat vasitələri, termal kameralar, elektro-optik əks-təsir kompleksləri də mövcuddur. Bu məhsullar arasında Azərbaycan və müdafiə sənayemiz üçün maraqlı olmayanları göstərmək həqiqətən də asan deyil.

"Thales" şirkətinin əsas diqqət yönəltdiyi və Azərbaycanı da maraqlandıran istiqamətlərdən biri sahil mühafizə gəmiləri üçün hidroakustik stansiyaların (HAS) istehsalıdır. Məsələn, "Euronaval 2014" sərgisində şirkət yeni HAS ailəsini nümayiş etdirdi. "Blue Watcher"dən başqa onun tərkibinə dəyişkən enmə dərinliyinə sahib HAS CAPTAS-1 də daxildir.

Şirkətin iddiasına görə, "BueWatcher" səs-küylü dayaz sularda belə əla aşkarlama və izləmə imkanlarına malikdir, yığcam HAS 10 km-dən çox dərinliklərdə işləyə bilir. Bu isə gəminin təhlükəsizlik sisteminə əvəzsiz töhfə verir və eyni zamanda gəminin qarşıdakı maneələrdən yayınmasına kömək edir. Bu avadanlıqlar Xəzər dənizində mövcud olan neft-qaz boru xətlərinin və digər infrastrkturun mühafizəsində müstəsna rol oynaya bilər.

"Thales" şirkətinin CAPTAS-1 avadanlığı kompakt radarlar ailəsinə məxsusdur, təxminən 30 km məsafədə aşkarlanmanı təmin edir və sualtı qayıq əleyhinə mühafizənin əsas vasitəsi hesab edilir. Sualtı qayıqların çəkindirilməsi və onların fəaliyyət radiusunun daralması prosesinə böyük töhfə verə bilər.

Bu çoxfunksiyalı sistemlər müxtəlif şəraitlərdə işləmək üçün nəzərdə tutulub və kiçik gəmilərdə də özlərini təsdiqləyiblər. Bəzi donanmalarda onlar sualtı qayıq əleyhinə mühafizənin əlavə elementi kimi istifadə olunur. Hər iki "Thales" məhsulu Asiya, Latın Amerikası və Yaxın Şərq kimi perspektivli xarici bazarlarda uğurla tətbiq edilir. İran ilə ABŞ arasında gərginliyin artan xətt üzrə inkişaf etdiyi bir dönəmdə bu məhsullar Azərbaycan HDQ-si üçün də məqsədəuyğun ola bilər.

Azərbaycan dənizçiləri üçün digər aktual məhsul şirkətin sahil zonasının patrul gəmilərinə yerləşdirilə bilən pilotsuz vasitələridir. Hazırda şirkət PUA-ların tezlik diapazonunun, emal gücünün və eyni zamanlı səs impulslarının sayının artması, həmçinin bəlli dərinlikdə hədəflərin aşkarlanması istiqamətində ciddi yeniliklərin tətbiqinə hazırlaşır. PUA-lardan və HAS-dan gələn görüntülər genişzolaqlı radiokanal vasitəsilə mərkəzi konsola ötürürülür və dərhal emal edilir. İdarəetmə gəmidən həyata keçirilir.

"Thales" həmçinin insansız sistemlər, o cümlədən platformalar və sensorları daha geniş inteqrasiya edərək sıx əlaqəli şəbəkələr yaratmaqda əsas oyunçulardan biridir. Kompaktlılıq mürəkkəb bir vəzifə olsa da, "Thales" şirkəti bu sahədə yeni sensorların perspektivlərini öyrənir. Hazırda pilotlu və pilotsuz gəmi və katerlər üçün effektiv mübarizə imkanları təmin edən yeni sensor,sistemlər tətbiq edilir.

Şirkətin kiçik kütləyə malik panellərinin əsas elementi, əlverişsiz hava şəraitində uzun müddət xidmət etməsi və onların səhra şəratində daha yararlı olmasıdır. Belə bir enerji mənbəyi səhra şəraitində fəaliyyət göstərən hərbçilərlə yanaşı, neft-qaz, geologiya, topoqrafiya kimi sahələrdə çalışan mütəxəssislərin də işinə yaraya bilər.

"Thales Alenia Space" törəmə şirkəti 67% "Thales"ə, 33 % isə "Leonardo"ya məxsus olan birgə müəssisədir. Hər iki səhmdar şirkət ilə paralel olaraq görüşlərin keçirilməsi, məhz Azərbaycanın telekommunikasiya, naviqasiya, kosmos, peyk müşahidə-kəşfiyyat sistemləri və onların orbitdə yerləşdirilməsi sahələrini əhatə edəcək yüksək texnologiyalı məhsulların əldə edilməsinə üstünlük verəcəyini düşünməyə əsas verir.

"Thales" dünyanın əksər ölkələri ilə yanaşı, ölkəmizə yaxınlığı ilə seçilən Türkiyə, Ukrayna və Gürcüstanla da əməkdaşlıq edir. Qazaxıstanda isə "Granit-Thales Electronics" birgə müəssisəsi artıq 5 ildir ki, fəaliyyət göstərir və burada 150 nəfər yerli mütəxəssis çalışır. Şirkət ildə hər birinin bazar qiyməti 22 milyon dollar dəyərində olan 4 ədəd "Ground Master 400" rəqəmsal HHM RLS-lərini istehsal edir. 500 km radiusda fəaliyyət göstərən radarlardan bir neçəsi artıq Qazaxıstanın hava məkanın qorunması üçün döyüş növbətçiliyinə təyin edilib. NATO komandanlığı da son illərdə bu radarlardan istifadəyə üstünlük verir, lakin onların Qazaxıstandan alınıb-alınmaması ilə bağlı faktlar mövcud deyil. Şirkətin digər RLS-ləri də bazarda kifayət qədər tələb olunur və onların Azərbaycanda birgə istehsalını əngəlləyən ciddi səbəb mövcud deyil.

"Thales Group" tərəfindən istehsal edilən aerokosmik avadanlıqlar, süni peyklər, PUA-lar, hərbi təyyarələrin elektron avadanlıqları, RTK, RLS və REM vasitələri, hədəfləri işıqlandıran lazer aparatları, təyyarə və helikopterlərin qorunması üçün inteqrasiya edilən komplekslər, radiotexniki kəşfiyyat kompleksinin maneə yaradan vasitələri (istənilən siqnalları söndürən JAMMR), təyyarələrin müasir müşahidə-nişangah sistemləri, termal kameralar, gecə-gündüz rejimli kəşfiyyat və rabitə vasitələri rəsmi Bakını daha çox maraqlandıra bilər. Hazırda Azərbaycanı maraqlandıran əsas məsələlərdən biri də elektro-optik antisnayper komplekslərinin istehsalıdır. Onların istehsal texnologiyasının Azərbaycana verilməsi və ya istehsal sahəsinin birgə təşkili isə "Thales" üçün çox kiçikmiqyaslı məsələdir.

Azərbaycanın məlumatların toplanması, hədəflərin izlənilməsi, təyin edilməsi, xəritəçəkmə, meteorologiya və s. kimi vəzifələrin yerinə yetirilməsi üçün yüksək dəqiqliyə və qətnaməyə malik avadanlıqların istehsalında, həmçinin əldə edilməsində maraqlı olduğunu nəzərə alsaq, "Thales Alenia Space" şirkəti ilə əməkdaşlığın daha geniş sferaları əhatə edəcəyini görərik.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Thales   Azərbaycan  

Fransa-Azərbaycan hərbi əməkdaşlığında "Thales" zərbəsi - HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2019/06/paris-1561378809.jpg
Oxunub: 3723     16:12     24 İyun 2019    