“Bircə onların kabab, paxlava və ya bulkudan danışmaq yox...” - Şarmazanov

2019/06/Eduar-1561376461.jpg
Oxunub: 22208     16:39     24 İyun 2019    
“Gürcüstanda mitinq əhval-ruhiyyəsi və müəyyən gərginlik var, lakin Rustaveli küçəsindən o tərəfə bu gərginlik nəzərə çarpmır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın sabiq iqtidar partiyası, “Respublikaçılar” partiyasının mətbuat katibi Eduard Şarmazanov iyunun 20-də Tiflisdə keçirilən Parlamentlərarası Pravoslavlıq Assambleyasının 26-cı yığıncağı zamanı qeydə alınmış hadisəyə toxunarkən deyib.

Onun sözlərinə görə, Pravoslavlıq Assambleyasında baş verən hadisələrə görə təşkilatçılar məsuliyyət daşıyır və nə olubsa, təşkilatçılar tərəfindən olub.

“Mən burada Rusiya tərəfindən səhv görmürəm. Şəhərin mərkəzində mitinq əhval-ruhiyyəsi və müəyyən gərginlik var, lakin Rustaveli küçəsindən o tərəfə bu gərginlik nəzərə çarpmır. Buna görə də, rus-gürcü gərginliyi Ermənistanın maraqlarından irəli gəlmir.

ABŞ-İran əlaqələrinin gərginləşməsi Ermənistan üçün əlverişli deyil. Pravoslavlıq Assambleyasında baş verən hadisələrə görə, təşkilatçılar məsuliyyət daşıyır və nə olubsa, təşkilatçılar tərəfindən olub”, - deyə o, qeyd edib.

Sonda, sözlərini yekunlaşdıran Şarmazanov Ermənistan hakimiyyətinə paxıllıq etmədiyini özünəməxsus istehza ilə bildirib: “Hər halda hökumətimizə, Paşinyana, Xarici İşlər nazirinə və ümumilikdə hökumətə paxıllıq etmirəm. Bircə onların kabab, paxlava və ya bulkudan danışmaq yox, mürəkkəb geosiyasi vəziyyəti anlamaqları qalır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin