Ermənistan ABŞ-İran qarşıdurmasının məngənəsində - EKSPERTLƏR

2019/06/00-68-1561375423.jpg
Oxunub: 1474     20:20     24 İyun 2019    
ABŞ İran qarşıdurması son zamanlarda gözlənilməz gərginlik mərhələsinə doğru dəyişib. İyunun 20-də İslam İnqilabı Keşikçiləri Korpusu, ABŞ PUA-sına zərbə endirdiyini bəyan edib.

İran tərəfinin məlumatına görə, PUA Hörmüz boğazının Şərq hissəsinə qayıdarkən İranın hava sərhədini pozaraq informasiya toplanması və casusluqla məşğul olub. Yerli saatla, 04:05 radələrində İİKK onu məhv edib, zərərsizləşdirilən PUA isə RQ-4 "Qlobal Hawk" olub.

"Reuters" agentliyi amerikalı hərbçilərə istinad edərək bəyan edib ki, söhbət MQ-4C "Triton" PUA-sından gedir. Bundan əlavə, amerikalı hərbçilər ilk öncə PUA-nın vurulması məlumatını təsdiq etmirdilər. Mərkəzi komandanlığın nümayəndəsi Bil Urban bəyan etmişdi ki, onların İran ərazisində PUA-sı olmayıb.

Daha sonra "Associated press" və "Reuters" Pentaqondakı mənbələrinə istinadən bəyan etdi ki, ABŞ-a məxsus PUA vurulsa da, o beynəlxalq hava məkanında olub.

Ardınca "Reuters" yaydığı məlumatda, ABŞ prezidenti Donald Trampın Tehranı Oman vasitəsilə xəbərdar edərək, ABŞ-ın İrana hücumunun qaçılmaz olduğunu bildirdiyini qeyd edib. O, açıqlamasında həmçinin vurğulayıb ki, İrana qarşı müharibənin əleyhinədir və Tehranla müxtəlif məsələləri müzakirə etmək niyyətindədir. Lakin İrandan dərhal verilən cavabda, məsələnin ali lider Ayətullah Əli Xameneyidən asılı olduğu, yalnız bununla bağlı onun qərar qəbul edə biləcəyi vurğulanırdı.

Lakin çətin ki, İran və ABŞ münasibətlərində baş verən bu kimi gərginliyin nəticəsində Ermənistan diqqətdən kənar qalsın. Məsələ, Ermənistanın Qarabağ münaqişəsi, bölgədə hökm sürən vəziyyət və beynəlxalq münasibətlərdəki aqressiv baxışı ilə sıx əlaqədardır.

Xəbər verdiyimiz kimi, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Vaşinqtonda səfərdə olub. Lakin keçirilmiş yüksək səviyyəli görüşlərdən sonra verilən bəyanatlarda ABŞ-İran qarşıdurmasının mövcud mərhələsi və Ermənistanın mövqeyi barədə heç bir xatırlatma yoxdur.

Hazırda erməni KİV-ləri ekspertlərlə ehtimal edilən inkişaf proseslərini və Ermənistan diplomatiyasının qarşıda görəcəyi məsələləri müzakirə edir.

Erməni politoloq Suren Sarkisyan açıqlamasında qeyd edib ki, ABŞ-İran birbaşa qarşıdurmasının ən çox arzuolunmaz ölkəsi Ermənistandır və bu rəsmi İrəvana sərf etmir.

"Çünki Ermənistan tərəflərin qarşıdurmasından ən çox zərərçəkən tərəf ola bilər. İrana qarşı birbaşa hərbi əməliyyatlar açıq-aşkar olmayacaq, lakin prosesin sürətlə inkişaf etdiyi nəzərə alınmalıdır.

Ermənistan İrana qarşı hərbi əməliyyatların onun üçün fəlakət yaradacağını düşünməlidir. ABŞ tərəfinin İrana doğru hərbi qüvvə göndərməsi və peşman olaraq ləğv edilməsi haqqında yayılan məlumatlar hələ amerikalı rəsmilər tərəfindən inkar edilməyib", - deyə o qeyd edib.

Beynəlxalq və təhlükəsizlik məsələləri üzrə ekspert Emma Beqicanyan isə öz növbəsində bildirib ki, münaqişə tərəfləri arasında münasibətlər davamlı olaraq gərgin olsa da, birbaşa toqquşma olmayacaq: "Ona görə ki, həm Amerika, həm də İran birbaşa toqquşmanın olmasında maraqlı deyillər. Ermənistan isə neytral, tarazlaşdırılmış siyasət yürütməlidir. Çünki istənilən səhv mövqe hər iki tərəfdən hiss ediləcək. Hazırda Ermənistan gərginliyin azaldılması üçün rol oynaya biləcəyi halda zəiflik nümayiş etdirir".

Beqicanyan, məsələnin Ermənistan Təhlükəsizlik Şurasının iclasında müzakirə edilməsini düzgün hesab etmədiyini, böyük formatda növbədənkənar iclas keçirilməsinə ehtiyac olmadığını əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İran   ABŞ   Müharibə  

Ermənistan ABŞ-İran qarşıdurmasının məngənəsində - EKSPERTLƏR

2019/06/00-68-1561375423.jpg
Oxunub: 1475     20:20     24 İyun 2019    