Paşinyan Təhlükəsizlik Şurasını topladı: “Ətrafımızda müəyyən proseslər baş verir”

2019/06/97953-1561367904.jpg
Oxunub: 17620     13:17     24 İyun 2019    
“Bu proseslər təhlükəsizlik çağırışları məsələsində bizi daha diqqətli olmağa məcbur edir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında deyib.

Onun sözlərinə görə, Ermənistan və qondarma qurumun təhlükəsizliyi hökumət üçün olduqca ciddi prioritetdir.

“Qeyd etmək lazımdır ki, bizim əvvəlki iclasımızdan sonra çox təəssüf Ermənistan ətrafındakı təhlükəsizlik mühiti nəinki tükənməyib, əksinə müəyyən proseslər baş verir. Bu proseslər təhlükəsizlik çağırışları məsələsində bizi daha diqqətli olmağa məcbur edir.

Bugünkü iclasımızın gündəmində regional vəziyyətlə əlaqəli olan müvafiq məslələr də var. Əlbətdə, Ermənistan və Qarabağın (qondarma qurum-red.) təhlükəsizliyi hökumətimiz üçün olduqca ciddi prioritetdir. Və bizim bu istiqamətdə təkcə cari, ortamüddətli yox, eləcə də strateji, uzunmüddətli problemlərin həll edilməsi və müzakirə edilməsi üzrə məsələlərimiz var. Əlbətdə, bu müzakirələr təkcə Təhlükəsizlik Şurası formatında yox, eləcə də siyasi mühitdə, hökumətin müxtəlif iş müzakirələri və məsləhətləşmələri formatlarında baş verir. Lakin Təhlükəsizlik Şurası elə bir orqandır ki, burada bütün müzakirələrin nəticələri əldə olunmalı və konkret praktiki nəticələrə, qərarlara çevirilməlidir”, - deyə Paşinyan bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının iclasında təhlükəsizlik sahəsinə aid olan məsələlərin geniş müzakirə olunduğu qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan    


Bizi "telegram"da izləyin