Baqratyan qorxur: “Azərbaycan kəşfiyyatı indi iş başındadır”

2019/06/aa6ab-1561361478.jpg
Oxunub: 29916     12:29     24 İyun 2019    
“Bundan sonra Azərbaycan Ermənistana müharibə təkif edəcək”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın sabiq Baş naziri Hrant Baqratyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Gürcüstan-Rusiya münasibətləri daha da kəskinləşə və Ermənistana doğru istiqamətlənən quru yolu bağlana bilər.

“Gürcastanda baş verənlərin ağır nəticələri ola bilər. Azərbaycan kəşfiyyatı indi iş başındadır. Onlar quru yollarının bağlanmasına nail olmaq məqsədilə Gürcüstan-Rusiya münasibətlərini daha da kəskinləşdirməyə çalışırlar. Nəhayət yekunda gürcülər sakitləşəcək. Lakn nəticədə Ermənistana doğru aparan yük yolları bağlanacaq. Bundan sonra Azərbaycan Ermənistana müharibə təkif edəcək”, - deyə Baqratyan bildirib.

Xatırladaq ki, söhbət Gürcüstanda parlamenti sədrinin istefa verməsi ilə nəticələnən Rusiya əleyhinə keçirilən nümayişlərdən gedir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin