“Bu inqilab deyil, 1998-ci il hakimiyyət dəyişikliyinin rövanşıdır” – Erməni ekspert

2019/02/Stepa-1551341195.jpg
Oxunub: 27584     11:24     24 İyun 2019    
“Müəyyən oluna bilər ki, 2018-ci il hadisələri təkcə inqilab yox, həmçinin 1998-ci il hakimiyyət dəyişikliyinin rövanşı olub”.

Ordu.az xəbər verir ki, bu barədə ekspert Stepan Danielyan “Facebook” səhfəsində yazıb.

Onun sözlərinə görə, səhvdən başlayan həll yanlış yolla getdiyi üçün geri dönmək və səhvi tapmaq lazımdır.

“Riyaziyyatda bir prinsip var, nə zaman problem həll olunmursa, o zaman addım-addım geri dönmək və səhvi tapmaq lazımdır. Səhvdən başlayan həll yanlış yolla gedir. Yalnız həmin səhvi tapdıqdan sonra düzgün həlli tapmaq mümkündür.

Bizim problemlərimiz 1995-1996-cı illərdən başlayıb. O zaman seçkilərin saxtalaşdırılması və hakimiyyətin ələ keçirilməsi sisteminin əsası qoyuldu. Biz bu sistemin qurucu atalarını adbaad qınamayana, onları ictimai qınağa çevirməyənə, onların günahlarını ictimai şəkildə qəbul etməyənə və üzr isdətməyənə qədər irəli gedə bilməyəcəyik”, - deyə erməni ekspert bildirib.

O qeyd edib ki, əgər bu şəkildə davam edərsə Ermənistan hakimiyyətində yaxşılığa doğru heç nə dəyişməyəcək.

“Əks təqdirdə, seçki saxtakarlığının qurucu ataları qanunvercilik və konstitusiya haqqında danışmağa, bunu isə inqilab və konstitusiya sisteminin bərpası adlandırmağa başlayacaqlar.

Bu, yol deyil. “1 Mart” 1996-cı ildə yetişməyə başladı və 2008-ci ildə öz düyününə çatdı. Əgər bu şəkildə davam edərsə, o zaman müəyyən oluna bilər ki, 2018-ci il hadisələri təkcə inqilab yox, həmçinin 1998-ci il hakimiyyət dəyişikliyinin rövanşı olub”, - deyə Danielyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Korrupsiya  


Bizi "telegram"da izləyin