Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Regnum” agentliyi yazıb.
Agentliyə görə, diplomatiya təcrübəsində məsləhətləşmələr yalnız danışıqlar prosesinin bir hissəsi kimi qərara alınır.
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında keçirilən görüşdən sonra Bakının informasiya portallarından biri bu görüşü “məsləhətləşmə” səviyyəsində qiymətləndirdikdə məlum oldu ki, hər şey bəzi ekspertlərin gözlədiyi axarda getməyib.
Diplomatiya təcrübəsində məsləhətləşmələr yalnız danışıqlar prosesinin bir hissəsi kimi qərara alınır. Bunun məqsədi mübahisələrin və ya münaqişələrin nizamlanması məsələsində birgə yanaşmanı inkişaf etdirmək, gələcək mərhələdə kristallaşmasının qarşısını almaqdır.
Bu o deməkdir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun şəxsi təşəbbüsü ilə Rusiya və Azərbaycan Xarici İşlər nazirləri tərəfindən ATƏT-in Minsk qrupunun bəzi konkret təklifləri (girovların dəyişdirilməsi, snayperlər müharibəsinə son qoyulması və s.) müzakirə edilib. Aprel ayında Moskvada keçirilən görüşdən sonra Vaşinqtonda baş tutan görüşdə münaqişə tərəfləri Moskvanın həmin gündəliyini iflasa uğradıblar”, - deyə agentlik bildirir.
Agenlik, həmçinin keçirilən görüşün nəticəsiz olduğunu və ehtimal edilən “Bolton planı”nın iflasa uğradığını da qeyd edib
“Lakin yeni bir gündəm yaradıblarmı? Münaqişə tərəflərindən birinin ABŞ-ın Qarabağ münaqişəsinin nizamlanması məsələsində Moskvadan təşəbbüsü ələ alacağı və öz yol xəritəsini təqdim edəcəyini ehtimal etdiyini güman etmək olar.
Lakin bu baş vermədi. Eyni zamanda Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo rus həmkarı Lavrovdan fərqli olaraq, ümumiyyətlə Məmmədyarov və Mnatsakanyanla görüşdən və danışıqlardan yayınıb. ATƏT-in Minsk qrupu həmsədrləri isə həddindən artıq, “axmaq” birgə bəyanatla çıxış ediblər.
Onlar yalnız, yeni görüş keçirilməsi barədə razılığa gəldikləri və risklərin azaldılması, çevik reaksiya verilməsi üçün birbaşa əlaqənin istifadə edilməsi zəruriliyi məsələsində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin həmfikir olduqlarını bildiriblər.
Yeri gəlmişkən qeyd edək ki, ATƏT-in Minsk qrupunun Bakı və İrəvan arasında birbaşa əlaqənin yaradılması ilə bağlı heç bir əlaqəsi yoxdur. Bu münaqişənin həll edilməsi istiqamətində “Amerika dövrü” adlandırılan mərhələnin başlamasının iflasa uğramasıdır. Əgər “işi görən şəxs” ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Bolton “oyuna daxil olmasını” və “səbirsizliklə Mnatsakanyan və Məmmədyarovla görüşü gözlədiyini” bəyan edirsə, bu necə başlaya bilər?
Nəticədə Bolton yalnız münaqişənin nizamlanması perspektivləri ilə bağlı münaqişə tərəflərinin mövqeləri ilə tanış oldu. O, bundan irəli addım atmadı. Hazırda həqiqətən Boltonun Vaşinqtonda amerikalılar tərəfindən hazırlanan ssenarinin sıradan çıxarılmasına səbəb olan bir hadisənin baş verməsi üzərində blef etdiyini demək çətindir. Aydındır ki, Qarabağ münaqişəsi üzrə “Bolton planı” deyə adlandırılan sənəd mövcud deyil, yaxud əgər olubsa, bundan imtina edilib”, - deyə “Regnum” agentliyi yazıb.
Alpər Mövludoğlu