MVB: Rusiya Ermənistanla münasibətlərini sərtləşdirir

2019/06/12635-1561189774.jpg
Oxunub: 1132     13:16     22 İyun 2019    
“Başqa sözlə desək, yaranmış vəziyyət onu göstərir ki, Rusiyanın özü indiki mərhələdə erməni-rus müttəfiqlik münasibətlərini sınağa çəkir. Bununla da rəsmi Moskva İrəvandan səsləndirilən bəyanatları nəzərə almadan daha da sərt addımlar ata bilər. Lakin bunun nəticələri bütün tərəflər üçün gözlənilməz ola bilər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan fəaliyyət göstərən “Məlumatli Vətəndaşlar Birliyi” ictimai təşkilatının yaydığı məlumatda qeyd olunub.

“İrazek” nəşrində çıxan məlumatı olduğu kimi təqdim edirik:

“İyunun 20-də məlum oldu ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanla görüşüb.

Bu görüş kifayət qədər maraqlı və mürəkkəb, daxili siyasi və xarici siyasi konteksdə baş verib və növbəti dəfə erməni-rus münasibətlərində Moskvanın konkret şəxslərin, konkret maraqlarını müdafiə etməyə kökləndiyini göstərir.

Mühit

Hələ iyunun 13-də məlum olub ki, Rusiyanın Ermənistandakı səfiri “1 Mart” cinayət işi üzrə ittiham edilən Ermənistanın ikinci prezidenti Robert Köçəryanla görüşüb.

Məlumdur ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Köçəryanla sıx münasibəti var. Görüş erməni tərəfinin kəskin reaksiyasına səbəb oldu. Hətta Rusiya Federasiyasının səfirini də Ermənistan Xarici İşlər Nazirliyinə çağıraraq, ona İrəvanın daxili işlərinə qarşımama barədə etiraz bildirilib.

Səfir və Hrayr Tovmasyanın görüşü faktiki olaraq, erməni tərəfinin kəskin reaksiyasında sonra baş verib və yeganə diqqətçəkən hal deyil. Məsələ burasındadır ki, Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan görüş məqamında Köçəryanın gələcək taleyində xüsusi rol oynayırdı. Çünki Köçəryan və digərlərinin işi Konstitusiya məhkəməsinə göndərilə bilərdi.

Konstitusiya məhkəməsində isə Köçəryanın toxunulmazlığı və ona qarşı irəli sürülən ittihamların tətbiqi məsələsi müzakirə olunacaqdı. Başqa sözlə desək, Ermənistan Konstitusiya Məhkəməsi Köçəryanın azadlıqda qalıb-qalmaması məsələsini həll edəcəkdi.

Bununla yanaşı Ermənistan Parlamenti iyunun 20-də Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə Vahe Qriqoryanı seçib. Andiçmə zamanı Qriqoryan bildirib ki, Ermənistan Konstitusiya Məhkəməsinin sədri səlahiyyətlərini qəbul edir. O, bununla qanunvericilikdəki boşluqlar nəticəsində konstitusiya böhranına işarə edib.

Nəticələr

Faktiki olaraq, Ermənistanın diplomatik heyəti ən sərt vasitələrdən birini seçməklə Köçəryana və Rusiya səfirinin görüşünə münasibət göstərərək, Moskva tərəfindən Ermənistanın daxili işlərinə qarışmasına mənfi yanaşdığını nümayiş etdirib.

Bundan sonra rus tərəfi hər hansı bir bəyanat və ya diplomatik vasitə ilə vəziyyəti yumşaltmağa cəhd etmək əvəzinə, aşkarcasına erməni tərəfinin mövqeyinə əhəmiyyət verməyərək vəziyyəti daha da kəskinləşdirib.

Başqa sözlə desək, yaranmış vəziyyət onu göstərir ki, Rusiyanın özü indiki mərhələdə erməni-rus müttəfiqlik münasibətlərini sınağa çəkir. Bununla da rəsmi Moskva İrəvandan səsləndirilən bəyanatları nəzərə almadan daha da sərt addımlar ata bilər. Lakin bunun nəticələri bütün tərəflər üçün gözlənilməz ola bilər”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   Böhran  

MVB: Rusiya Ermənistanla münasibətlərini sərtləşdirir

2019/06/12635-1561189774.jpg
Oxunub: 1133     13:16     22 İyun 2019    