Ordu.az xəbər verir ki, rayonun Bənövşələr qəsəbəsində keçirilən turnirin açılış mərasimində əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edənlər şəhid polkovnik-leytenant Raquf Orucovun Vətən sevgisindən, mübariz və qorxmaz keyfiyyətlərindən danışıblar.
Futbol turnirində rayonun cəbhəyanı kəndlərini, məcburi köçkün qəsəbələrini, ərazidə yerləşən N saylı hərbi hissəni təmsil edən 8 komanda iki qrupda mübarizə aparacaq. Qruplarda qalib gələn komandalar yarımfinal və finalda qarşılaşacaqlar. Turnirə iyulun 12-də - şəhid zabitin doğum günündə yekun vurulacaq. Birinci, ikinci və üçüncü yerə çıxan komandalara kubok, medal, fəxri fərman və xatirə hədiyyələri təqdim ediləcək.
Ağdam rayonunda şəhid zabit Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri dörd ildir keçirilir.
Ordu.az