Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Sasna Tsrer” partiyasının üzvü Ara Papyan Azərbaycan-Türkiyə birgə təlimlərini şərh edərkən deyib.
O iddia edib ki, danışıqların əsasını Ermənistan üçün fəlakətə gətirib çıxaracaq, “Madrid prinsipləri” təşkil edir.
“Ümumiyyətlə son dövrlərdə ildən-ilə təlimlərin, cəlb edilən şəxsi heyətin, texnikanın sayında artım qeydə alınıb. Hətta cəlb edilən ölkələrin sayı da artmaqdadır. Təlimlərə artıq Türkiyə, Gürcüsatan da cəlb edilməkdədir.
Bu onu göstərir ki, Azərbaycan müharibənin alovlanması istiqamətində hərəkət edir. Lakin sərhəddə gərginliyin artması bu vəziyyətlə əlaqəli deyil. Sadəcə sərhəddə güc nümayişi həyata keçirilir”, - deyə Papyan bildirib.
İaşğal altında olan Qarabağda daxili vəziyyətin gərgin olduğunu şərh edən Papayan qeyd edib ki, hazırda bu gərginlik dəf edilməkdədir.
“Ermənistanda baş verən inqilabdan sonra təbii ki, Qarabağda (qondarma qurum-red.) Ermənistanın bir hissəsi olaraq, köhnə hakimiyyətdə qala bilməzdi və getdikcə hakimiyyət dəyişikliyi həyata keçirilir. Qarabağdakı istefalar Paşinyanla gərginliyin nəticəsidir və nəticədə o təzyiq göstərir”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az