Ordu.az xəbər verir ki, döyüş postunda xidmət edən 6-cı dağ-atıcı alayın hərbi qulluqçusu Cavar Hovhanesyan və leytenant Masis Muradyan xidmətdən yayınmaq məqsədilə hərbi hissəni özbaşına tərk ediblər. Hərbçilərin hansı səbəbdən bu addımı atmaları bilinməsə də, onların axtarışı ilə bağlı hərbi polisə məlumat verilib.
Ermənistan hərbi polisinin xüsusi təyinatlı dəstəsinin əməliyyat müvəkkili Nver Kağramanovun hazırladığı məruzədə deyilir ki, adı çəkilən hərbi qulluqçulardan başqa ön xətt bölmələrdə xidmət etməkdən boyun qaçırmaq məqsədilə dəfələrlə fərarilik edən onlarla zabit və əsgər var. Xidmət yerini özbaşına tərk edənlərin valideynlərindən pul alınaraq yüngül cəzalar təyin edildiyindən həmin hərbçilər dəfələrlə bu cür hərəkət ediblər.
Əməliyyat müvəkkili N.Kağramanovun məruzəsinə əsasən faktla bağlı cinayət işi açılıb.
Ordu.az