“Araçin Lradvakan”: Paşinyan ordudakı Sarksiyan kadrlarından azad olmaq istəyir

2019/06/00-82-1561020711.jpg
Oxunub: 15419     15:51     20 İyun 2019    
“Heç şübhəsiz demək olar ki, Paşinyan bu və ya digər şəkildə Sarkisyanla əlaqəsi olan generalları ordudan uzaqlaşdırmaq niyyətindədir. Bir sözlə, Paşinyan ordudakı Sarksiyan kadrlarından azad olmaq istəyir”.

Ordu.az xəbər verir ki, bu barədə “Araçin Lradvakan” nəşrində müəllif məqaləsində qeyd olunub.

Məqalə müəllifinin sözlərinə görə, İrəvanda Konstitusiya Məhkəməsinin hakiminin seçimi ətrafında vəziyyət sabitləşmədiyi bir vaxtda Xankəndində ordunun yüksək komandanlığında növbəti istefalar yeni təkan toplayır.

“Qarabağ (qondarma qurum-red.) rəhbərinin imzaladığı əmrə əsasən müdafiə ordusunun komandir müavini general Vardan Balayan tutduğu vəzifəsindən azad edilib. Daha sonra komandir Levon Mnatsakanyan və komandir müavini general mayor Samvel Karapetyan da tutduqları vəzifədən azad ediliblər.

Dolaşan şayiələrə görə, istefalar bununla yekunlaşmayıb və davam edəcək. Növbəti müavinlərdən biri də vəzifəsindən azad ediləcək. Aydındır ki, istefaların bu dalğası sırf kadr siyasətinin nəticəsi deyil. Onların daha dərin kökləri olan proseslərlə qarşı-qarşıya qaldıqları bildirilir.

Aydındır ki, Bako öz iradəsi ilə hərəkət etmir, o İrəvan siyasi rəhbərliyinin istəklərini yerinə yetirir. Hesab etmək olar ki, Ermənistan Baş naziri və Bako müəyyən razılığa gəliblər. Bunun ilkin şərtlərindən biri isə “müdafiə ordusu”nun yüksək komandanlığının tutduqları vəzifələrdən uzaqlaşdırılmasından ibarətdir”, - deyə məqalədə bildirilib.

Müəllif qeyd edir ki, qondarma qurum “rəhbərliyi” İrəvanın istəklərinə qarşı çıxa bilmir: “Növbəti qarşıdurma onun sonu ola bilər. Bununla da o, növbəti qarşıdurmadan yayınmaq üçün əlindən gələni edir. Generalların vəzifədən uzaqlaşdırılması eyni zamanda onun Köçəryanın həbsinin dəyişdirilməsi ilə bağlı zamin durmasından sonra yaranan gərginliyi yumşaltmağa çalışır.

Bu istefalarda Ermənistan siyasi rəhbərliyinin maraqları və əldə etdiyi nədən ibarətdir? Heç şübhəsiz demək olar ki, Paşinyan bu və ya digər şəkildə Sarkisyanla əlaqəsi olan generalları ordudan uzaqlaşdırmaq niyyətindədir. Bir sözlə, Paşinyan ordudakı Sarksiyan kadrlarından azad olmaq istəyir”.

Müəllif vurğulayır ki, bu vəziyyətdə bəzi komandirlər Paşinyanı qəbul etmir və köhnə rejim nümayəndələri ilə sıx əlaqədə olduqları bir şəraitdə onu ali baş komandan olaraq tanımırlar.

“Bir sözlə generalları uzaqlaşdırma üsulu ilə Paşinyan eyni anda iki hədəfi vurur. Bir tərəfdən çevriliş və hərbçilərin üsyanı təhlükəsini aradan qaldırır, digər tərəfdən özünü ali baş komandan kimi möhkəmlədir. Nəticədə ordu komandirləri ona tabe olmağa məcbur olurlar.

Bütün bunlardan əlavə daha bir problem haqqında danışmamaq mümkün deyil. Hərbçilərin ardıcıl şəkildə uzaqlaşdırılması faktı ordunun döyüş qabiliyyətinə və mənəvi psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Daxili siyasi problemin nizamlanması yolunda heç bir şeyin qarşısında durmamaq mümkün deyil. Ordunun başını kəsmək və komandirlərsiz qoymaq olmaz”, - deyə məqalədə qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ   Diktator  


Bizi "telegram"da izləyin