“Tonoyan yalan danışmaqla gəzməyə son verməlidir” - Sabiq erməni hərbiçi aclığa başlayıb

2019/06/56756-1560944788.jpg
Oxunub: 24791     16:03     19 İyun 2019    
“Müdafiə naziri orda-burda dayanaraq, yalan danışmaqla gəzməyə son verməlidir, artıq yetər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, keçmiş hərbi qulluqçu Tsolak Xaçatryan Ermənistan hökumət binası qarşısında aclıq aksiyasına başlayacağı barədə bəyanat verib.

O, hökumətdən ona çatacaq məzuniyyət və tərxislə bağlı vəsaitlərin ödənilməsini tələb edir.

Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi hətta insan hüquqları ofisinin onun tələblərinin ədalətli olmasına dair dəqiq qərarlarına əhəmiyyət verməyərək, hüquqlarını pozmaqda davam edir.

“Müdafiə naziri Tonoyan necə vardı, elə də qalmaqda davam edir. O, daim Müdafiə Nazirliyində olub. Orda-burda dayanaraq, yalan danışmaqla gəzməyə son verməlidir, artıq yetər. Məhz hökumət binası qarşısında aclıq aksiyasına başlamaq niyyətindəyəm. Mənim problemlərim həll edilməyənədək bu pilləkənlər üzərində aclıq aksiyasını davam etdirəcəyəm. Özümlə bərabər su və çətir də gətirmişəm. Yalnız məzuniyyətə görə, ödəniləcək vəsait 10 milyon dramdan artıqdır”, - deyə Xaçatryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Etiraz   Aclıq-aksiyası  


Bizi "telegram"da izləyin