Ordu.az xəbər verir ki, bu barədə "Nairi" tibb mərkəzinin direktoru Anatoli Qnuni erməni KİV-lərinə açıqlamasında deyib.
O bildirib ki, Qriqoryanın vəziyyəti orta ağırdır, hazırda xəstəxanadadır və bu gün onun vəziyyətinin müəyyən olunması üçün araşdırma aparılması nəzərdə tutulur.
Xatırladaq ki, Manvel Qriqoryan iyunun 3-də "Nairi" tibb mərkəzindən "İrəvan-Mərkəz" Pentensiar Xidmətinin "Məhkumlar xəstəxanasına" yerləşdirilib. İyunun 6-da vəziyyəti ağırlaşdığı üçün onu "Müqəddəs Qriqor Lusavoriç" tibb mərəzinə yerləşdiriblər.
Alpər Mövludoğlu
Ordu.az