Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalının “MarineTraffic” xidmətinin məlumatları əsasında apardığı təhlildə bildirilib.
Monitorinq məlumatlarına görə, son 24 saat ərzində ən azı 34 gəmi boğazdan Oman körfəzinə çıxıb. Onların arasında azı 14 neft tankeri və 20 yük gəmisi olub. Eyni zamanda 20 gəmi Fars körfəzinə daxil olub ki, bunların da 9-u tanker, 11-i isə yük gəmisidir.
Müqayisə üçün qeyd olunur ki, hərbi münaqişə başlamazdan əvvəl Hörmüz boğazından gündə orta hesabla təxminən 110 gəmi keçirdi. Bu isə regionda son qeyri-sabitlik fonunda tranzit həcminin nəzərəçarpacaq dərəcədə artdığını göstərir.
Gəmiçilik fəaliyyətindəki artım diplomatik səylərin davam etdiyi dövrə təsadüf edir. ABŞ dövlət katibi Marko Rubio Fars körfəzinin ərəb ölkələrini ABŞ və İran arasında sülh sazişi üzrə çərçivə proqramını dəstəkləməyə çağırıb.
Sevinc Əliyeva
Ordu.az