Azərbaycanlını öldürmüş Arman qisas alınmasından qorxur - O, gecələr yata bilmir

2019/06/567-1560588320.jpg
Oxunub: 930     12:44     15 İyun 2019    
Rusiyada azərbaycanlını öldürdüyü üçün 18 il həbs cəzası alan Arman Arakelyan həbsxanada qorxu içində yatır.

Ordu.az xəbər verir ki, bu barədə onun anası Tatevik Ağacanyan erməni KİV-lərinə müsahibəsində bildirib.

Ağacanyan bunu Murmansk həbsxanasında son zamanlar azərbaycanlıların həbs olunmasının artması ilə izah edib.

"Bu faciə artıq olub. Biz istəyirik ki, oğlumuz öz cəzasını Ermənistanda çəksin. Başqa heç nə istəmirik. Onun günahına görə övladları əziyyət çəkir. Azyaşlı oğlu var. Hər dörd aydan bir həyat yoldaşı onu görməyə gedir. Heç olmasa onu bura gətirsinlər ki, hər birimiz onu görə bilək və cəzası yüngül keçsin", - deyə Tatevik bildirib.

Armanın anası isə onun üçün intiqam təhlükəsi və sağlamlıq problemlərinin olduğunu qeyd edib: "Həbsxanaya yeni məhbuslar gətiriblər. Yaxşı ki, orada bir erməni oğlan var. Həmin oğlan oğlumun ayaqları altında oturur ki, oğlum bir neçə saat yata bilsin. Nə zamana qədər belə davam edə bilər?".

Xatırladaq ki, Arman Arakelyanın kiçik oğlu Qor Arakelyan atasının Ermənistana gətirilməsi üçün dünən axşam öz "Facebook" səhfəsində canlı yayım açaraq Nikol Paşinyana müraciət ünvanlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Erməni   Cinayət  

Azərbaycanlını öldürmüş Arman qisas alınmasından qorxur - O, gecələr yata bilmir

2019/06/567-1560588320.jpg
Oxunub: 931     12:44     15 İyun 2019    