Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib - VİDEO
Oxunub: 11642
12:27
15 İyun 2019
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimlər, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.