Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Qarabağdakı adı açıqlanmayan mənbə bildirib.
Məlumata görə, Babayan Arayik Harutyunyanla təkcə informasiya sahəsində deyil, eləcə də digər müxtəlif çərçivələrdə və görüşlərdə durmadan mübarizə aparır.
"Babayan hansı kəndə daxil olursa, orada öz texnologiyasını qurur. Məsələn, bir kənddə onun tərəfdaşları bildirirlər ki, imza toplama kompaniyası Köçəryan üçündür və bu "Syamo" mövzusu deyil. Çünki həmin kənddə Köçəryanı çoxları qəbul edir, başqa bir kənddə isə pul bölüşdürürlər. Onlar həyat səviyyəsinin yaxşılaşdırılması üçün vədlər verirlər.
"Sasna Tsrer"in demək olar dəstəyi yoxdur, çox az seçici də Samvel Babayanın oyununa daxil olduqdan sonra "Syamo"nun komandasına keçib. "Sasna Tsrer"in əsas müdafiəçisi "Azadlıq" radiosudur. Əslində, onlar destabilizasiya məqsədi güdürlər", - deyə adı açıqlanmayan mənbə qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az