Ohanyan aprel döyüşləri barədə detalları açıqlayır - Sənədlər paketi Müdafiə Nazirliyindədir

2019/06/7cbff-1560343699.jpg
Oxunub: 14272     14:01     15 İyun 2019    
Sarkisyanın aprel döyüşlərindən sonra azad etdiyi hərbçilər parlament komissiyası ilə əməkdaşlıq edəcək.

Ordu.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın əmri ilə aprel döyüşlərindən bir neçə gün sonra tutduğu vəzifəsindən azad edilən Müdafiə Nazirliyinin maddi texniki təminat departamentinin sabiq məsul şəxsi Alik Mirzabekyan deyib.

Onun sözlərinə görə, aprel döyüşləri “qurbanları”ndan biri də elə özüdür və ümid edir ki, komissiya səmərəli fəaliyyət göstərəcək.

Ermənistan Silahlı Qüvvələrinin rabitə və avtomatik idarəetmə sistemləri idarəsinin rəisi Komitas Muradyan da, aprel döyüşlərinin detallarının istintaqı üzrə parlament komissiyasının dəvət etdiyi halda eyni qaydada komissiya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Ermənistan Silahlı Qüvvələrin kəşfiyyat rəisi general Arşak Karapetyan da vəzifəsindən azad edilən hərbçilərdən biridir. Lakin bir neçə ay sonra Sarkisyan artıq Karapetyanı Ermənistanın Rusiyadakı hərbi attaşesi təyin etdi. Paşinyan isə Karapetyanı geri, Ermənistana qaytararaq ona müşavir statusu verdi.

Paşinyan bəyan edib ki, Baş nazir olduqdan sonra aprel döyüşlərinə aid yüzlərlə məxfi sənədlər oxuyub, lakin heç birində kəşfiyyatın pis fəaliyyəti haqqında məlumata rast gəlməyib. Həmin istefaların baş verdiyi məqamda erməni ictimaiyyəti bunu alqışlasa da, daha sonra niyə aprel döyüşlərinin günahkarlarının cəzalandırılması bir neçə nəfərin istefası ilə məhdudlaşıb və heç kim məsuliyyətə cəlb edilməyib deyə narazılıqlar artdı.

Bir neçə aydan sonra artıq hökumət dəyişikliyi baş verdikdən sonra Ermənistan Müdafiə naziri Seyran Ohanyan müxalifət düşərgəsinə keçid edərək bildirdi ki, o, aprel döyüşlərinə görə, məsuliyyətin yalnız Müdafiə Nazirliyinin ütünə atılmasının əleyhinə olub. Belə ki, Ohanyan Sarkisyandan siyasi məsuliyyət də tələb edib.

Ohanyan aprel döyüşlərinin istintaqını həyata keçirən parlament komissiyası ilə əməkdaşlıq edəcəkmi?

İlk öncə qeyd edək ki, Ohanyan Ermənistan ordusunda xidmət etməyənlərin istintaq aparacağına inamsızlıq nümayiş etdirib. Digər tərəfdən Ohanyan bildirib ki, aprel döyüşlərindən sonra özü ətraflı təhlil və araşdırma aparıb, müvafiq sənədlərin Ermənistan Müdafiə Nazirliyində olduğunu deyib.

Bir sözlə, Ohanyan nə bilirsə bütün bunların artıq yeni hakimiyyətin əlində, Müdafiə Nazirliyində olduğunu qeyd edib. Bundan əlavə deyəcək sözünün olmadığına işarə edib.

Yaxud demək istəyir ki, aprel döyüşləri haqqında parlament deputatlarına yox, daha yuxarılara aid siyasi səviyyədə danışa bilər. Yəni sabiq erməni nazir Baş nazir və Müdafiə naziri səviyyələrinə işarə edir.

Ermənistan Müdafiə Nazirliyi isə Ohanyanın apardığı və nazilrlikdə olan araşdırması barədə heç bir şərh verməyib. Lakin məlumdur ki, indiki Müdafiə naziri Davit Tonoyan aprel döyüşləri dövründə Müdafiə nazirinin birinci müavini vəzifəsində olub. Onun eyni zamanda xarici diplomatlarla intensiv görüşlər keçirməklə Xarici İşlər nazirinin işini də gördüyü qeyd edilir.

Şübhəsiz ki, həmin dövrdə Ohanyanın döyüşlərdən sonrakı dövrdə apardığı araşdırmalarında indiki nazir, onun müavini olmuş Davot Tonoyanın da danılmaz rolu olub.

Həmin araşdırma Sarkisyana təqdim edilibmi?

İstənilən halda Sarkisyandan gizli araşdırma aparılması çətin ki, mümkün ola bilərdi. Ohanyanın fikrincə, ordudan başqa döyüşlərə görə məsul olanların kimliyinin əhatə dairəsinin kimlərdən ibarət olduğu maraqlıdır.

Ola bilərmi ki, Sarkisyanın özü və Baş nazir Hovik Abrahamyan da döyüşlərə görə, siaysi məsul şəxslər siyahısında olublar? Döyüşlərdən bir neçə gün sonra Medvedevi Ermənistanda qəbul edən Hovik Abrahamyanın silahlanma üçün 200 milyon dollar kreditin tezləşdirilməsini xahiş etməsi bunun üçün səbəb ola bilərmi? Çünki bu silahlanmanın Ermənistana daha öncə tədarük edilməli olduğu bildirilir.

Sarkisyanın daha yüksək vəzifəli siyasi məmurların istefaya göndərilməsinə imkanı çatmadığına görə, məhz hərbçiləri istefaya göndərməyə üstünlük verdiyi istisna edilmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ohanyan   Aprel-döyüşləri  


Bizi "telegram"da izləyin