“Putinlə əsas müzakirə mövzusu HHQ-nin inkişaf etdirilməsi barədə məsələlər olub” – Hayrapetyan

2019/06/34534-1560164178.jpg
Oxunub: 898     15:54     10 İyun 2019    
“Rusiya ilə əsasən hərbi hava qüvvələrinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi məsələləri müzakirə olunub”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Mənim addımım” fraksiyasının deputatı Tatevik Hayrapetyan deyib.

Onun sözlərinə görə, Paşinyan Sankt-Peterburqda Putinlə hərbi əməkdaşlıq çəçivəsində bir sıra məsələləri müzakirə edib.

“Biz lap əvvəldən bildirmişik ki, Rusiya ilə əlaqələrimiz stratejidir və əlbəttə, biz bu əməkdaşlığı davam etdirəcəyik. Bununla yanaşı təbii ki, hərbi-siyasi tərəfdaş kimi növbəti silahların alınması mövzusu üzərində də müzakirələr aparacağıq.

Ermənistan Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putin ilə hərbi əməkdaşlıq çəçivəsində bir sıra məsələləri müzakirə edib. Biz, sülh gündəmi ilə irəliləyirik. Lakin bu, o demək deyil ki, bütün mümükün inkişaflara hazırlaşmırıq”, - deyə o, bildirib.

Jurnalistin “Ermənistanın Rusiyadan yeni “İsgəndər”lər alması nəzərdə tutulurmu?” sualına Hayrapetyan bu şəkildə cavab verib: “Hər hansısa silah növləri haqqında nəsə demək çətindir. Dəqiq məlumatım yoxdur . Məndə olan məlumatlara görə, əsasən hərbi hava qüvvələrinin inkişaf etdirilməsi məsələsi müzakirə mövzusu olub”, - deyə Hayrapetyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   Silah  

“Putinlə əsas müzakirə mövzusu HHQ-nin inkişaf etdirilməsi barədə məsələlər olub” – Hayrapetyan

2019/06/34534-1560164178.jpg
Oxunub: 899     15:54     10 İyun 2019    