“Türkiyə və Azərbaycan sərhədboyu ərazilərdə birgə qoşun yaratmaq niyyətindədir” – Hovhannisyan

2019/06/Karen-1560162618.jpg
Oxunub: 891     14:29     10 İyun 2019    
“Ümumiyyətlə, Ermənistanın PKK və Türkiyədə baş verən hərbi toqquşmalarla əlaqəsi inkar edilməlidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri kürd məsələləri üzrə ekspert Karen Hovhannisyan deyib.

Onun sözlərinə görə, Türkiyə, Avropa ölkələri və ABŞ PKK-nı terror təşkilatı kimi tanıyır.

“Türkiyə və Azərbaycan həm Naxçıvan, həm də Ermənistanla sərhədboyu bölgələrdə birgə qoşun yaratmaq niyyətindədir. Onlar bu arzunu reallaşdırmaq üçün Ermənistanın PKK-nın əli ilə İğdır və Naxçıvanda vəziyyəti gərginləşdirməsi barədə məlumatlara köklənirlər”, - deyə erməni ekspert bildirib.

O, “Bəs nə üçün Ermənistan bu bəyantaları inkar etmir?” sualına cavabında bildirib ki, bu Ermənistan üçün təhlükəli bəyanatdır və buna görə də, Xarici İşlər Nazirliyi səviyyəsində bu xəbəri inkar etmək zəruridir.

“Ümumiyyətlə, Ermənistanın PKK və Türkiyədə baş verən hərbi toqquşmalarla əlaqəsi inkar edilməlidir. Düşünürəm ki, bizim burada böyük bir boşluğumuz var”, - deyə Hovhannisyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Azərbaycan   Ermənistan   PKK  

“Türkiyə və Azərbaycan sərhədboyu ərazilərdə birgə qoşun yaratmaq niyyətindədir” – Hovhannisyan

2019/06/Karen-1560162618.jpg
Oxunub: 892     14:29     10 İyun 2019    