Mnatsakanyan əmək haqqı ilə villanı necə tikdirib? – DETALLAR

2019/06/a1749-1559982257.jpg
Oxunub: 15457     10:23     10 İyun 2019    
Aprel döyüşləri Ermənistan ordusunda mövcud olan müxtəlif problemləri və bunlara görə məsul şəxsləri üzə çıxardı.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunların bir çoxu məhz işğal altında olan Qarabağda “güc strukturları”nın xüsusilə, bölgədəki qanunsuz erməni hərbi birləşməsinin komandanlıq heyəti və həmin dövrün hərbi birləşmə “komandiri” Levon Mnatsakanyandır.

Mnatsakanyan cəbhədə “tuşonka” bankaları ilə “döyüşən” şəxslərdəndir. Apreldən sonra aşkarlanan bütün mənfi hallar və hərbi birləşmədəki mövcud səhvlərə görə əsas cavabdeh Mnatsakanyan hesab olunur.

“Çünki hərbi birləşmə komandiri, çoxsaylı insan itkilərinə səbəb olan bütün problemləri görməli və yerində aradan qaldırmalı idi. Artilleriya bölmələri plan üzrə nəzərdə tutulmuş mühəndis işlərini görmək əvəzinə vərəqlər doldurmaqla və yanacaq almaqla məşğul olublar.

Müddətli xidmət hərbi qulluqçular, döyüş növbətçiliyinə getmək üçün nəzərdə tutulan ləvazimatları öz vəsaitləri hesabına alır və bu ləvazimatlar kompleksindəki siyahıya əsasən hər hansı bir əksiklik olurdusa, buna görə cəzalandırılırdılar. Yeri gəlmişkən Qarabağdakı hərbi birləşmədə xidmət etmiş müddətli xidmət hərbi qulluqçuların dediklərinə görə ləvazimatların alınması da bəzi dairələr üçün gəlirli biznes sahəsinə çevrilib”, - deyə erməni KİV-ləri yazır.

Erməni KİV-ləri, Mnatsakanyanın dövründə hərbi qulluqçulara qarşı açılan cinayət işlərinə toxunub və məlumatları öncəki illərlə müqayisə edib.

“Mnatsakanyanın Qarabağdakı hərbi birləşmənin komandiri olduğu illər ərzində ən çox cinayət işləri açılıb, türmə barmaqlıqları arxasında ən çox hərbi qulluqçular salınıb, hətta zabitlər də ən yüngül cinayət hallarında belə türməyə salınıb. Ümumiyyətlə təsəvvür etmək mümkün deyil ki, Xankəndində villa tikmək üçün o, vaxt və vəsaiti necə tapıb. O, buna görə cavabdeh və günahkardır. Əldə edilən məlumatlara əsasən Xankəndindəki bu villanı inşa etmək üçün Mnatsakayan təxminən 500-600 min dollar vəsait xərcləyib. Mütəxəssislər həmin villanı 1 milyon dollar dəyərində qiymətləndirirlər”, - deyə KİV-lər qeyd edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mnatsakanyan   Aprel-döyüşləri  


Bizi "telegram"da izləyin