“Paşinyan nə qədər gözəl sözlər danışsa da heç bir şey alınmayacaq” - Ponomaryov

2019/06/Ponom-1559907933.jpg
Oxunub: 15077     15:45     08 İyun 2019    
“Gözəl sözlər danışmaq olar, lakin yeni məmurlar və Paşinyan şəxsən, kiməsə zəng edərsə, 100% əmin olun ki, heç bir şey alınmayacaq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri tanınmış rus hüquq müdafiəçisi Lev Ponomaryov Ermənistandakı məhkəmə islahatları və həyata keçirilməsi zəruri olan addımları şərh edərkən deyib.

Onun sözlərinə görə, əgər bir məmur hakimə zəng edibsə, onu uzaqlaşdırmaq lazım deyil.

“Bu işi araşdırmaq lazım deyil. Bu cinayət işi deyil. Sadəcə onu etimadı pozduğuna görə uzaqlaşdırmaq lazımdır. Etimad çox vacib amildir. Gözəl sözlər danışmaq olar, lakin yeni məmurlar və Paşinyan şəxsən, kiməsə zəng edərsə, 100% əmin olun ki, heç bir şey alınmayacaq. Paşinyan, Ermənistanın məhkəmə hüquq sistemində mövcud problemlərlə yaxından tanış olmasa da, Ermənistan məhkəmə sistemində də problemlərin mövcud olduğunu istisna etmir.

Yeni məzun olan mütəxəssisləri məhkəmə sisteminə daxil etməkdən qorxmaq lazım deyil. Bu mütəxəssislərin vilayət məhkəməsində işləməsi üçün tezləşdirilmiş tədris prosesi təşkil etmək lazımdır. Onların ilk addımları atmasına kömək etməklə məhkəmə tərkibini dəyişməkdən qorxmaq lazım deyil” - deyə rus hüquq müdafiəçisi bildirib.

Qeyd edək ki, rus hüquq müdafiəçisinin aylar öncə Ermənistan Milli Təhlükəsizlik Xidməti və istintaq komitəsi rəislərinin arasında baş tutan telefon danışığının işfa edilməsi qalmaqalından məlumatsız olub. Həmin telefon danışığında hakimə zəng barədə danışıqlar vardı.

Ponomaryovun fikrincə, belə hallarda vəzifəli şəxs dərhal istefaya göndərilməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Məhkəmə   Korrupsiya  


Bizi "telegram"da izləyin